Accessibility links

Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçıya verilib


Fransa yazıçısı Patrik Modiano yaradıcılığı boyu nasist işğalı mövzusunu əsərlərində əks etdirdiyinə görə 2014-cü il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

İsveç Kral Elmlər Akademiyası Stokholmda 69 yaşlı yazıçının 1,1 milyon dollar dəyərində mükafata layiq görüldüyünü elan edərək, onun öz əsərlərində "insan taleyinin ən görünməz tərəflərini işıqlandırıb alman işğalı altında həyatı təsvir edərək yaddaş sənəti" yarada bildiyini deyib.

Patrik Modiano 1945-ci ilin iyul ayında İkinci Dünya Müharibəsinin Avropada başa çatmasından iki ay sonra anadan olub. Onun İtaliyada yaşayan yəhudi atası belçikalı anası ilə Parisin işğalı zamanı tanış olub.

Yəhudi mövzusu və nasist işğalı Patrik Modianonun romanlarının ana xəttini təşkil edir. Onun 1968-cı ildə yazdığı Ulduz Meydanı ("La Place de l'Etoile") romanı Almaniyda Holokostdan sonrakı dövr ən mühüm ədəbi əsərlərdən biri elan edilmişdir.

Patrik Modiano ədəbiyyat üzrə Nobel mükafatı alan 107-ci, Fransadan isə bu yüksək mükafata layiq görülən 11-ci yazıçıdır.

XS
SM
MD
LG