Accessibility links

Oğuz Türk: Çin-İran anlaşması milli hərəkata təhlükədir


Oğuz Türk
Oğuz Türk

Siyasi şərhçi Oğuz Türk Amerikanın Səsinə müsahibədə İran və Çin arasında imzalanan 25 illik əməkdaşlıq müqaviləsi, həmçinin İranın nüvə sazişini bərpa etmək üçün ABŞ-la dolayı danışıqlara başlaması haqqında danışıb.

Oğuz Türk: Çin “Güney Azərbaycanın müstəqilliyi məfkürəsi” üçün bir təhlükədir
please wait

No media source currently available

0:00 0:15:57 0:00

Oğuz Türk Çin və İran arasındakı strateji əməkdaşlığın türk icmasının gələcək siyasi perspektivlərinə mümkün təsirlərini vurğulayıb.

Çin və İran dövlətinin anlaşması Güney Azərbaycan Milli Hərəkatına çox təhlükəlidir. Bu məsələ Güney Azərbaycan üçün istiqlal məfkürəsini də çox ağır təsiri altına alar... Bu Kəmər və Yol layihəsi əgər gəlib İrandan da keçsə, Güney Azərbaycandan keçəcək

Siyasi şərhçi deyir ki, İran İslam Respublikası siyasi stabilliyini bərpa etmək üçün Çinlə əməkdaşlıq müqaviləsinə ehtiyacı var idi:

“İran dövləti çox dərin böhranlar içindədir. Həm iqtisadi və siyasi olaraq, həm də içəridə məşruiyyət olaraq. Qeyri-fars millətlərin arasında məşruiyyəti yoxdur. Fars milləti arasında da məşruiyyəti çox azalıb. Ona görə, İran dövlətinin belə müqavilələrə çox ehtiyacı var.”

O, eyni halda Çinin bu müqavilə vasitəsilə İranın infrastrukturları, habelə su və enerji mənbələrini ələ keçirə biləcəyini önə çəkir.

“İran ərazisində olan bir çox infrastruktur və su və enerji mənbələri Çinin Kəmər və Yol layihəsinin içinə gedir. Bu layihəni qorumaq üçün Çinin 5000 özəl əsgəri İrana yerləşib və oradakı çalışanlar və mühəndisləri qorumalıdır. Normal deyil, özəl əsgər. Bu, Malayziyanın baş naziri Mahatir Muhəmmədin dediyi kimi modern müstəmləkəçilikdir,” siyasi fəal söyləyir.

Oğuz Türk hesab edir ki, Çin və İran arasındakı müqavilənin qüvvəyə minməsi “Güney Azərbaycanın müstəqilliyi məfkurəsini” təsir altına alacaqdır.

Onun söylədiklərini görə, “Çin və İran dövlətinin anlaşması Güney Azərbaycan Milli Hərəkatına çox təhlükəlidir. Bu məsələ Güney Azərbaycan üçün istiqlal məfkurəsini də çox ağır təsiri altına alar. Bu anlaşma qeyri-fars millətlərin arasında ən çox türkləri və Güney Azərbaycanı təsir altına alacaq. Əlbəttə, Bəluçistanın yanında. Oraya da eyni ağırlıqda təsir edəcək. Bu Kəmər və Yol layihəsi Çinin şimal-qərbindən, yəni Doğu Türküstandan keçir və əgər gəlib İrandan da keçsə, Güney Azərbaycandan keçəcək. Çünki, İran coğrafiyasının Avropa ilə əlaqəsi hər zaman Güney Azərbaycan torpağından olmuş. Yəni, Çnin yeni müstəmləkəçiliyi İran-fars sistemində ən çox türkləri və Güney Azərbaycanı təsir altına alacaq.”

Bu layihəni qorumaq üçün Çinin 5,000 özəl əsgəri İrana yerləşib və oradakı çalışanlar və mühəndisləri qorumalıdır. Bu, Malayziyanın baş naziri Mahatir Muhəmmədin dediyi kimi, modern müstəmləkəçilikdir.

Oğuz Türk müsahibədə, həmçinin ABŞ və İran arasında nüvə sazişini canlandırmaq istiqamətində dolayı danışıqların başladığına diqqət çəkərək deyir ki, “İran Çinlə olan müqaviləni Amerika ilə müzakirələrdə əlini gücləndirmək üçün istifadə edəcək.”

“İran Amerikanın şərtlərinə də baş əyəcəkdir. Çünki, İran bu əlaqələrin olmasını istəyir. Danışığın davam etməsini istəyir. İran hakimiyyəti istəyir müxaliflərinə desin ki, biz Amerika ilə ən azından danışıqdayıq, Çin və Rusiya ilə müqavilədəyik. Buna görə, Amerika və Avropanın dediklərinə bir şəkildə boyun əyəcəkdir. Əlbəttə, İran Çinlə olan müqaviləni də bir koz olaraq Amerika ilə müzakirələrdə istifadə edəcək.”

XS
SM
MD
LG