Accessibility links

Oğuz Türk: İran rejimi üçün çevrə günbəgün daralır


Oğuz Türkün dediklərinə görə, “bəzi zamanlar Güney Azərbaycanın və ümumiyyətlə ölkədəki türklərin mənfəətləri ilə Avropa və Amerikanın mənfəətləri üst-üstə düşə bilir. Biz bu fürsəti itirməməliyik.”

Oğuz Türk Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:25 0:00

Amerikanın Səsinə danışan siyasi fəal hesab edir ki, İran İslam Respublikası üçün çevrənin daraldığı bu dövrdə “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələr bütün ehtimallar üçün hazırlıqlı olmalıdırlar.

Bəzən Güney Azərbaycanın və ümumiyyətlə ölkədə türklərin mənfəətləri ilə Avropa və Amerikanın mənfəətləri üst-üstə düşə bilir. O zamanları biz yaxalayıb və fürsəti əldən verməməliyik

Oğuz Türk Qərb dövlətlərini İranda siyasi hakimiyyətin taleyinə ən çox təsir göstərə biləcək qüvvələr olaraq dəyərləndirir.

“Görünür ki, xarici güclərin xüsusilə Amerika və Avropanın təsiri daha çoxdur. Yəni burada iki amili nəzərə ala bilərik. Biri xarici güclərin çox böyük təsiri və müdaxilə gücü. Biri də elə onların müdaxiləsi nəticəsində mühitin hazırlanması,” siyasi fəal söyləyir.

Torontoda yaşayan türk fəalın söylədiklərinə görə, “bəzi zamanlar Güney Azərbaycanın və ümumiyyətlə ölkədəki türklərin mənfəətləri ilə Avropa və Amerikanın mənfəətləri üst-üstə düşür və yaxınlaşa bilir. O zamanları biz yaxalayıb və fürsəti əldən verməməliyik. İranın fars və şiə hökümətinin zəifləməyə və devrilməyə tərəf getdiyini bilib və hazır olmalıyıq.”

F/A-18E Super Hornet təyyarəsi Nimitz-klas 'USS Abraham Lincoln' aviadaşıyıcısından səmaya qalxır. Qırmızı Dəniz. 10 may, 2019. İrandan qaynaqlanan təhlükəni əsas gətirərək ABŞ Yaxın Şərqə donanma və hava qüvvələri göndərib.
F/A-18E Super Hornet təyyarəsi Nimitz-klas 'USS Abraham Lincoln' aviadaşıyıcısından səmaya qalxır. Qırmızı Dəniz. 10 may, 2019. İrandan qaynaqlanan təhlükəni əsas gətirərək ABŞ Yaxın Şərqə donanma və hava qüvvələri göndərib.

Oğuz Türk İslam Respublikası üçün çevrənin günbəgün daraldığını vurğulayır:

“Hazırkı gündəmə baxanda görürük ki, hər gün İran rejiminə basqılar çoxalır. İran rejiminin ordu adı ilə işlətdiyi Sepah terror qrupu kimi tanınır və bu rejimə çəmbər günbəgün daralır. Onun əsl mahiyyətini dünyada anlayırlar və dəyişməsinə də icazə veriləcək. Bu iş olacaq. Güney Azərbaycan bunun üçün hər zaman hazır olmalıdır.”

Elə lobbi qrupları var ki, xaricdə bir şəkildə İran dövlətinin mənfəətlərini qorumağa çalışırlar

Onun fikrincə, bu şəraitdə xaricdə fəaliyyət göstərən müxalif təşkilatların ən önəmli funksiyası lobbiçilik fəaliyyətləridir.

“Qərbdə lobbiçilik çox önəmlidir. Yəni dövlət adamlarını və millət vəkillərini bizim məsələ ilə aşina etmək. Bunu İran dövləti də anlayıb. Çoxdandır ki, həm Amerikada, həm də Avropada lobbi qrupları yaradıb. Yəni elə qruplar var ki, xaricdə bir şəkildə İran dövlətinin mənfəətlərini qorumağa çalışırlar,” deyə siyasi fəal əlavə edir.

Şərhlərə bax (2)

Bu forum qapanıb
XS
SM
MD
LG