Accessibility links

Obama: ABŞ İslam dövləti qrupuna qarşı müttəfiqlərlə birgə mübarizə aparır


ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar Suriyada və İraqda İslam dövləti qrupunun militantlarına qarşı mübarizəni tək aparmır. Prezident Obama Amerika xalqına həftəlik müraciətində ABŞ-ın ekstremistlərə qarşı mübarizəni müttəfiqlər və tərəfdaşlarla birgə apardığını bildirib.

O deyib ki, onun İraqa göndərdiyi Amerika hərbi personalı İraq və kürd qüvvələrinə təlim vermək və terrorçulara qarşı mübarizədə onları kəşfiyyat məlumatları və təchizatla təmin etməyə kömək edəcək.

ABŞ preziddentinin sözlərinə görə, Birləşmiş Ştatların düzgün yolda başçılıq etməsi ərəb ölkələri də daxil olmaqla, daha çox ölkənin koalisiyaya qoşulmasına gətirib çıxarıb.

Prezident Obama deyib ki, İslam dövləti qrupunun militantları tərəfindən gələn təhlükələrə qarşı mübarizə kampaniyası bütün dünyaya Amerikanın ən yüksək səviyyədə liderliyini nümayiş etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG