Accessibility links

Obama Hindistana iqtisadi yardım vəd edib


ABŞ prezidenti Barak Obama Hindistana 4 milyard dollar məbləğində investisiya və kredit ayrılacağına söz verib, lakin dünyanın iki ən böyük demokratik ölkəsi arasında ticarət sədlərinin hələ də qaldığını deyib.

Hindistana üç günlük səfərinin ikinci günü cənab Obama bildirib ki, ABŞ və Hindistanın böyük şirkətlərinin rəhbərlərinin qatıldığı biznes konfransında çıxışında iki ölkə bir sıra müqavilələrin başa çatdırılması üçün hələ də maneələr qalmaqdadır. O qeyd edib ki, ABŞ və Hindistan arasında illik ticarət dövriyyəsi yalnız 100 milyard dollardır, bu isə Amerikanın Çin şirkətləri ilə biznes müqavilələrinin beşdə birini təşkil edir.

Hindistanın Baş naziri Narendra Modi biznes şirkətləri üçün vergilərin ixtisar edilməsi və investisyiaların qarşısını alan maneələri aradan qaldırılması üçün islahatlar həyata keçirməyə söz verib. Dünya Bankının reytinqinə əsasən, Hindistan biznes aparmaq dünyanın üçün ən çətin ölkələrindən biridir. Cənab Modi Hindistanın reytinqinin yüksəlməsinə çalışacağını deyib.

XS
SM
MD
LG