Accessibility links

Obama İslam Dövləti qrupuna qarşı qəti mübarizə apacağına söz verib


ABŞ prezidenti Barak Obama İraqda İslam Dövləti qrupuna qarşı qəti mübarizə aparılacağına söz verib, lakin hərbi qüvvələri quruda əməliyyatların aparılması üçün ölkədə yerləşdirilməyəcəyinə əmin edib.

Prezident Obama ABŞ-ın Mərkəzi Komandanlığının yerləşdiyi Floridada ştatında Makdill hərbi hava bazasında Amerika əsgərləri qarşısında çıxış edib. Bundan öncə cənab Obama ABŞ-ın hərbi liderləri ilə İraqda militantlara qarşı Amerikanın hava əməliyyatlarını müzakirə edib. Hərbçilər qasrşısında çıxışı zamanı cənab Obama militantlara ABŞ-ın qətiyyəti ilə bağlı xəbərdarlıq edib.

“Bu, Amerika rəhbərliyi üçün bir vaxtdır...Biz müttəfiqlərimiz və tərəfdaşlarımıza bizi hədələyən terrorçuları harada gizlənsələr də tapıb üzə çıxarmaq istiqamətində işi davam etdirəcəyik. Çünki yalnız öldürmək, zərər vermək və dağıtmağı bilənlərdən fərli oalraq biz gələcək tərəqqi və ümid yaradıb təklif edirik”-deyə prezident Barak Obama bildirib.

XS
SM
MD
LG