Accessibility links

Obama və Merkel Rusiyaya qarşı sanksiyaların atəşkəsə əməl olunana qədər qalacağını deyir


ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı iqtisdi sanksiyaların yalnız Moskvanın Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla Kiyev hərbi qüvvələri arasında döyüşlərə son qoymaq üçün əldə edilmiş atəşəskə tam əməl etdiyi halda yüngülləşdirilə biləcəyini bildirib.

Amerika və Almaniya liderləri Böyük Yeddilərin sammitindən öncə Bavariyada Alp dağlarında görüş keçiriblər. Bu, ikinci dəfədir ki, sammit Ukraynanın Krım yarımadasının ilhaqı ilə əlaqədar Rusiya qrupdan çıxarıldığı şəraitdə keçirilir.

Ağ Ev bildirib ki, Almaniya və Amerika liderləri sanksiyaların müddətinin Moskvanın fevral ayında əldə edilmiş atəşkəsə əməl etməsi və Ukraynanın suverenliyinə hörmət etməsi ilə bağlı olduğu məsələsində razılaşıblar.

Xanım Merkel Almaniyanın ictimai yayım kanalı ARD-yə müsahibəbə deyib ki, Moskva Ukraynadakı hərəkətlərinə görə dəyərlər icması olan Böyük Yeddilərdən kənar qalmalıdır. “Hazırda baryer var və mən bu baryerin necə aşıla biləcəyini görümürəm”-deyə xanım Merkel bildirib.

Böyük Yeddilərin sammitinin daha bir iştirakçısı olan Avropa Şurasının prezidenti Donald Task deyib ki, Avropa İttifaqı və Böyük Yeddilərin liderləri Rusiya tərəfdarı separatçılarla münaqişədə Ukyranaya dəstək verməyə davam edəcəyini deyib.

XS
SM
MD
LG