Accessibility links

Qərbi Azərbaycanda korrupsiya ittihamı ilə əlaqədar bir il ərzində 430 dövlət məmuru saxlanılıb


Qərbi Azərbaycan Ədliyyə İdarəsinə istinadən, vilayətin baytarlıq təşkilatının bir neçə müdirinin rüşvət və korrupsiya halları ilə əlaqədar mühakimə prosesi bu yaxınlarda tamamlanıb.

Ədliyyə idarəsinin rəisi Nasir Ətəbati həbs, cərimə və vəzifədən uzaqlaşdırma cəzasına məhkum edilən vəzifəli şəxslərin həbsxanaya göndərildiyini bildirib.

Yarı-rəsmi Mehr agentliyinin Qərbi Azərbaycan vilayətinin baş təftiş idarəsinə istinadən yaydığı məlumata görə, vilayətdə bir il ərzində müxtəlif dövlət qurumlarına çalışan 430 vəzifəli korrupsiya ittihamı ilə nəzarət altına alınıb.

“Bu 430 nəfər rüşvət, korrupsiya, vəzifədən sui-istifadə, maliyyə pozuntuları, yalan hesabatlar hazırlamaq, rəsmi sənədlər və dövlət mülkiyyətini qorumaqda səhlənkarlıq, rəsmi sənədlər və dövlət mülkiyyətinə zərər vermək, dövlət tenderlərində müdaxilə etmək, qeyri-qanuni mülkiyyət və mənfəət əldə etmək, sənəd saxtalaşdırmaq və ya saxta sənəddən istifadə etmək kimi ittihamlar ilə məhkəməyə göndəriliblər,” təftiş idarəsinin sədri Səccad Dədəcani söyləyib.

Dədəcani sözügedən məhkəmə işlərinin əksəriyyətinin məhkumiyyətlə nəticələndiyini ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG