Accessibility links

İrqlərarası övladlıq - Kimlik problemi


İrqlərarası övladlıq - Kimlik problemi
please wait

No media source currently available

0:00 0:03:42 0:00

İrqlərarası övladlıq - Kimlik problemi

Amerikalılar hər il ölkə daxili və xaricdən on minlərlə uşağı övladlığa götürür. Yeni övlad dəyişikliklər tələb edir. Əgər uşaq başqa bir irqdəndirsə, bu, prosesi daha da mürəkkəbləşdirir. Milli Övladlıq Ayı olan noyabrda çox vaxt ağlar tərəfindən övladlığa götürülən qaradərili uşaqlar diqqətləri cəlb edir. Çad Goller-Socurner qara dərisinə görə narahat həyat keçirib. Baxmayaraq ki, onun ağdərili ailəsi heç bir dəstəyi ondan əsirgəməyib. Vaşinqton ştatının liman şəhəri və əsasən ağların yaşadığı Takomada o, özünü təcrid olunmuş hiss edirdi. Lakin o bu hissiyatından sağlam irqlərarası kimliyini saxlamaq üçün istifadə edib.

Çad Takoma ailəsi tərəfindən 13 aylıq ikən övladlığa götürülüb. Onun valideynləri ağ, bacı qardaşları isə ağ deyil. Çad ağ ailəsi və başqaları tərəfindən qəbul edildiyi ilə bağlılıq hiss etmirdi.

"Mən qara olmaq istəməyən qara bir oğlan idim. Kimliyə gəldikdə insanlar özlərini ətrafdakıları ilə tanıyır. Irqlərarası övladlıq sənin ətrafdakılarla müqayisədə kimliyini müəyyən edir" - deyə, Çad bildirib

"Qara insanlar məni qorxudurdu. Qorxmaq istəmədiyim üçün onlarla hər bir mümkün təması kəsirdim" , o əlavə edib.

Çadın şousu onun nə ağlar, nə də qaralarla rahat olduğunu göstərir. 46 yaşlı Çad bu narahatlığı hazırda səhnələşdirir.

İllərlə kimlik və stiqma problemləri ilə ilə yaşayan Çad hazırda iqrlərarası övlad götürən ailələrə məsləhətlər də verir.

"Mən əminəm ki, iqrlərarası valideynlər uşaqlarını təkcə yaşadıqları dünyaya deyil, böyüyəcəkləri dünyaya hazırlamalıdır."

Eypril və Endrü Rauçlar Ofeliya və Quanı Henrik dünyaya gəlməzdən əvvəl övladlığa götürüb.

"Mən düşünürdüm ki, başqa rəngdə uşaq qəbul etməyə hazırıq. Bizim dünyamızı sarsıdan Treyvon Martin oldu. Çünki mən onun kapüşonlu şəklini xatırlayıram. O qədər sizə bənzəyirdi ki. Buna görə uşaqları Seatldakı yürüşə apardıq. Bu məni çox sarstdı. Bu, siz ola bilərdiniz"- deyə, Eypril bildirib.

17 yaşlı Trayvon Martin2 012-ci ildə atasının Floridadakı evinə gedərkən güllə ilə öldürülmüşdü. Atəş açan qonşu 2-ci dərəcəli qətl ittihamından bəraət qazanmışdı.

Treyvonun məsələsi ölkə boyu ciddi narazılqılara səbəb olmuşdu.


"Mən onun görünüşünə görə incidilməsini istəmirəm. Çünki o mənim qardaşımdır" , Henri qardaşı haqda narahatlığını dilə gətirib.

Çad bioloji ailəsi haqda məlumat əldə etməyə çalışırdı. Bir neçə il əvvəl o, nəhayət ki, anasının bacısını tapmağa nail olur. Xalası ona anasının portfoliosunu göndədir. Yolandia Maria Hört aktrisa imiş və 2011-ci ilədə vəfat edib.

"44 yaşında sənə bənzəyən birini görmək çox maraqlı idi. Onun da mənimlə eyni peşəyə sahib olması da məni dəli etdi" , Çad deyib.

Anasının xatirələri Çadı kimliyini tapmağa yardım etdi. İndi o, ailələrə məsləhət görməklə yanaş, onlara övladlığa götürməzdən əvvəl uşaqların bir həyatı olduğunu anlatmağa çalışır.

"Bir çoxları başa düşmür ki, uşaq sizə gəlməzdən əvvəl öz hekayəsinə malik olur. Nə kimi hekayə olmasından asılı olmayaraq. Anamın ölməsinə baxmayaraq, indi barmaqlarımla anama məcazi mənada deyil, həqiqətən toxunuram. Bu, mənim ağlıma gələcək ən sonuncu şey idi."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG