Accessibility links

Pakistan və Banqladeşdə anti-İslam filmə etiraz nümayişləri keçirilib


Pakistan və Banqladeşdə müsəlmanlar ABŞ-da çəkilmiş anti-İslam filmə etiraz nümayişləri keçiriblər.

Pakistanın ən iri şəhəri olan Kəraçidə toplaşan adamlar İslam və Məhəmməd Peyğəmbərə sədaqətlərini ifadə etmiş və ABŞ səfirnin ölkədn çıxarılmasına çağırmışlar.

Nümayişçilər iri Amerika bayrağının üstündə addımlamış və prezident Barak Obamanın şəklini döyəcləmişlər.

Banqladeş paytaxtı Dhakada isə polis nümayişçilərlə toqquşub.

Bəzi nümayişçilər filmi çəkən şəxsin edamına çağırıblar.
XS
SM
MD
LG