Accessibility links

Məhkəmə jurnalisti ev dustaqlığına buraxmayıb


Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb
Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Vəkil deyib ki,son iki ayda Pərviz Həşimovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb

Yanvarın 17-də Səbail rayon məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəkil Elçin Sadıqovun vəsatətinə baxılıb.

Vəkil Elçin Sadqovun Amerikanın Səsinə verdiyi məlumata görə hakim vəsatəti təmin etməyib.

Onun sözlərinə görə son iki ayda Pərviz Həşimovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb.

"Onun 2 aylıq həbs qəti imkan tədbiri fevralın 17-də bitir.Həbs müddətinin uzadılması istisna olunmur."deyə vəkil deyib.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edib.

Əvvəlki məhkəmə prosesindən fərqli bu dəfə jurnalisti başına torba keçirilməyib deyə vəkil qeyd edib.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb.
XS
SM
MD
LG