Accessibility links

MSK iki liderin prezidentliyə namizədliyini təsdiq edib


Azərbaycan Mərkəzi Seçki Komissiyası beş seçki blokunu qeydiyyata alıb
Azərbaycan Mərkəzi Seçki Komissiyası beş seçki blokunu qeydiyyata alıb

MSK artıq 6 nəfərin prezidentliyə namizədliyini təsdiq edib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin prezidentliyə namizədliyini təsdiq edib.

MSK həmçinin hər iki namizədliyi təsdiq edilmiş şəxslərin səlahiyyətli nümayəndələrini təsdiq edib.

Mərkəzi Seçki Komissiyası indiyədək YAP sədri, hazırkı prezident İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, İlqar Məmmədovun (Altay) və Ümid Partiyasının sədri İqbal Ağa-zadənin prezidentliyə namizədliyini təsdiq edib.

Bununla yanaşı, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov, həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc və digər çoxsaylı partiya liderləri prezidentliyə namizədliyə iddialıdır.

Namizədliyi təsdiq edilmiş şəxslər namizədliyinin qeydə alınması üçün azı 40 min seçici imzası toplayıb MSK-ya təqdim etməlidir.
XS
SM
MD
LG