Accessibility links

ABŞ Kobanidə hava hücumlarının faydalı olduğunu bildirir


Birləşmiş Ştatlar Suriya ilə sərhəddə İslam Dövləti qrupunun yaraqlılarına qarşı hava hücumlarının faydalı olduğunu bildirib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, hava hücumları Ayn Əl-Ərəb adı ilə tanınan şəhərı mühasirəyə almağa çalışan ultra-radikal militantlara qarşı mübarizəyə kömək edir.

Türkiə prezidenti Kobaninin üç həftədir kürd döyüşüçülərin şəhəri müdafiə etmək üçün mübarizə aparmasına baxmayaraq, İslam Dövləti militantlarının əlinə keçə biləcəyini deyib.

Rəcəp Tayyib Ərdoğan quru qoşunların müdaxiləsi olmadan militant qrupun Suriya-Türkiyə sərhədindəki ərazinin nəzarətini ələ keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG