Accessibility links

Türkiyədə kürd tərəfdarları ilə polis arasında toqquşma olub


Türkiyənin cənub-şərqində polis və ölkəni İslam Dövləti qrupunun militantlarına qarşı fəaliyyətsiz qalmaqda günahlandıran yüzlərlə kürd tərəfdarı arasında toqquşmada bir nəfərin öldüyü bildirilir.

Türkiyə mətbuatında etirazçının güllə ilə vurulduğ və ya Muş şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilərkən öldürüldüyü haqda bir-birinə zidd məlumatlar verilib.

Polis və etirazçılar arasında İstanbul və Ankara da daxil olmaqla, bir neçə çşəhərdə toqquşmalar baş verib.

Kürdlər Türkiyə hökumətinin Suriyanın şimalında kürd döyüşçülərin üçüncü həəftədir İslam Dövləti qrupunun militantlarına qarşı mübarizə apardığı Kobane şəhərinə daxil olmasını istəyir.

Türkiyə prezidenti bu gün deyib ki, şəhər quruda müdaxilə olmadan da yaxın vaxtlarda militantların nəzarətindən qurtarıla bilər.

Türkiyə parlamenti keçən həftə ölkənin hərbi qüvvələrinə İslam Dövləti qrupuna qarşı İraq və Suriyada hərbi əməliyyatlara qoşulmasına imkan verən qətnaməni təsdiq edib.

XS
SM
MD
LG