Accessibility links

"Putin heç vaxt azad dünyanın qətiyyətini zəiflətməyəcək"


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı illik hesabat məruzəsi ilə çıxış etdi. Təxminən bir saat yarım davam edən nitq zamanı prezident ABŞ-da inflyasiya, texnologiyaya sərmayələr və sağlamlığa qədər bir çox mövzuya toxundu. Bayden çıxışının əvvəlində isə əsas diqqəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə və ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı gördüyü tədbirlər və Ukrayaya dəstəyinə çəkdi.

Bayden dedi ki, Rusiya Prezidenti Vladimir Putin altı gün öncə “azad dünyanın bünövlərəni sarsıtmağa çalışdı və onu öz qorxulu yoluna çəkə biləcəyini düşündü".

"Lakin o, çox səhv hesab etdi. O düşünürdü ki, Ukraynaya daxil olacaq, dünya da kənara çəkiləcək. Amma bunun əvəzinə o heç vaxt təsəvvür etmədiyi güclü bir divarıla qarşılaşdı. O, Ukrayna xalqı ilə qarşılaşdı,” Bayden dedi.

ABŞ Prezidenti bildirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskidən tutmuş hər bir ukraynalının qoçaqlığı, cəsarəti, qətiyyəti bütün dünyanı heyran edir.

O  düşünürdü ki, Ukraynaya daxil olacaq, dünya da kənara çəkiləcək. Amma bunun əvəzinə o heç vaxt təsəvvür etmədiyi bir güc divarı ilə qarşılaşdı. O Ukrayna xalqı ilə üz-üzə gəldi.

“Bir qrup vətəndaş tankları bədənləri ilə blok edir. Tələbələrdən tutmuş təqaüdə çıxan müəllimə kimi bir çoxları vətənlərini qoruyan əsgərlərə çevrilib,” o dedi.

O, Zelenskinin Avropa Parlamentində çıxışından sitat gətirərək dedi ki, bu mübarizədə “İşıq qaranlığa qalib gələcək.”

Baydenin məruzəsini izləyənlər arasında xüsusi qonaq qismində Urkaynanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Oksana Markarova də yer almışdı.

ABŞ Prezidenti Nümayəndələr Palatasında məruzəni dinləyənləri ayaqa qalxaraq Ukrayna və dünyaya Birləşmiş Ştatların Ukrayna xalqının yanında olduğunu göstərməyə çağırdı.

Bayden çıxışına NATO-nun əhəmiyyətini vurğulayaraq davam etdi.

“Biz tarix boyu görmüşük ki, diktatorlar təcavüzlərinin bədəli ödəməyəndə daha çox xaos yaradılar. Onlar irəliləyirlər. Və Amerika və dünya üçün bədəl və təhlükələr artır. Bu səbəblə də ikinci dünya müharibəsinsən sonra Avropada sülh və sabitliyi təmin etmək üçün NATO İttifaqı yarandı. Birləşmiş Ştatlar 29 başqa ölkə ilə birlikdə NATO-ya üzvdür. Bu mühümür. Amerika diplomatiyası önəmlidir. Amerikanın qətiyyəti önəmlidir,” Bayden dedi.

Bayden dedi ki, Putinin Ukraynaya hücumu əvvəlcədən planlaşdırılmış və təxribatsız olub və o, dəfələrlə diplomatiya səylərini rədd edib.

“O düşünürdü ki, Qərb və NATO cavab verməyəcək. O həm də düşünürdü ki, ölkə daxilində bizim aramızda bölgü yarada biləcək. Putin səhv idi. Biz hazır idik.”

Bayden ABŞ-ın hərtərəfli və diqqətli şəkildə hazırlaşdığını və aylar boyu Avropadan tutmuş Asiya və Afrikaya qədər digər ölkələrlə birlikdə Putinə qarşı koalisiya qurduğunu və Putinin planlarını dünya ilə bölüşdüyünü bildirdi.

“Biz Rusiyanın yalanlarına həqiqətlə müqavimət göstərdik. İndi ki o, hərəkətə keçib, azad dünya onu cavabdeh tutur.”

Bayden bildirdi ki, ABŞ Avropa İttfaqının 27 üzvü, habelə Birləşmiş Ştatlar, Kanada, Yaponiya, Koreya, Avstraliya, Yeni Zelandiya və İsveçrə daxil olmaqla bir çox ölkə ilə birlikdə Rusiyaya ziyan vurur və Ukrayna xalqını dəstəkləyir.

Putin indi dünyadan həmişəkindən daha çox təcrid olunub.

“Putin indi dünyadan həmişəkindən daha çox təcrid olunub,” o dedi.

Amerika Prezdenti ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı güclü iqtisadi sanksiyalar tətbiq ediyini, Rusiyanın ən böyük banklarını beynəlxalq maliyyə sistemindən kənarlaşdırdığını və Rusiyanın texnologiyaya çıxışının qarşısını aldığını və bunun gələcək illərdə Rusiyanın iqtisadi gücünü azaldacağını və ordusunu zəiflədəcəyini bildirdi.

Bayden həmçinin Rusiya oliqarxlarına qarşı tədbirlərin görüləcəyini də açıqladı.

O dedi ki, ABŞ Ədliyyə Departamenti rus oliqarxların törətdikləri cinayətləri təqib etmək üçün xüsusi işçi qrupi yaradır.

“Biz avropalı müttəfiqlərimizlə birlikdə sizin yaxtalarınızı, sizin lüks mənzillərinizi, sizin özəl təyyarələriniz tapıb, onları ələ keçirəcəyik. Biz sizin qanunsuz qazanclarınızın dalınca gəlirik,” o dedi.

Bayden illik hesabat məruzəsi zamanı Birləşmiş Ştatların da Avropa müttəfiqləri kimi hava hövzəsini Rusiya təyyarələrinə bağladığını elan etdi.

Bayden Rusiya iqtisadiyyatının çökdüyünü və bunun yeganə səbəbkarının Putin olduğunu dedi.

O, ABŞ və mütəfiqlərininin ukraynalıları azadlıq uğrunda mübarizələrində hərbi, iqtisadi və humanitar dəstəklə təmin etdiyini bildirdi.

“Biz Ukraynaya birbaşa 1 milyard dollar yardım veririk. Biz Ukrayna xalqına ölkələrini müdafiə edərkən kömək etməyə və əzablarını yüngülləşdirməyə davam edəcəyik," o dedi.

Bayden bir daha vurğuladı ki, Amerika qüvvələri Ukraynada Rusiya qüvvələrinə qarşı döyüşməyəcək.

“Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, Putin qərbə doğru irəliləməyə qərar verdiyi halda NATO müttəfiqlərimizi qorumaq üçün yollanır.”

Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, Putin qərbə doğru irəliləməyə qərar verdiyi halda NATO müttəfiqlərimizi qorumaq üçün yollanır.

O bir daha açıq şəkildə Birləşmiş Ştatlar və müttəfiqlərinin NATO ölkələrinin hər bir qarışını “kollektiv qüvvəmizin ”tam gücü ilə müdafiə edəcəyini vurğuladı.

O dedi ki, ukraynalılar tam cəsarətlə mübarizə aparırlar. Ancaq növbəti bir neçə gün, həftə, ay onlar üçün çətin olacaq.

“Putin zorakılıq və xaos yaradıb. Ancaq o, döyüş meydanında irəliləyişlər əldə edə bilsə də, uzun müddət davamlı ağır bədəl ödəyəcək.”

Bayden 30 ildir müstəqil olan Ukrayna xalqının dəfələrlə ölkələrini geri götürməyə çalışan heç kəsə dözməyəcəklərini göstərdiklərini dedi.

“Amerikalılar, mən həmişə söz verdiyim kimi, sizinlə səmimi danışacağam. Rusiya diktatorunun xarici ölkəyə hərbi müdaxilə etməsinin dünya boyu bədəli olacaq.”

O, sanksiyaların vurduğu ziyanın Rusiya iqtisadiyyatını hədəf aldığından əmin olmaq üçün güclü addımlar atdığını və Amerika biznesləri və istehlakçılarını qorumaq üçün mümkün olan bütün vasitələrə əl atacağını bildirdi.

Demokratiya ilə avtokratiya arasındakı mübarizədə demokratiyalar meydan oxuyur və dünya açıq-aydın sülh və təhlükəsizliyin tərəfini seçir.

Bayden Birləşmiş Ştatların 30 ölkə ilə birlikdə dünya boyu ehtiyatlardan 60 milyon barrel nefti istifadəyə buraxdığını elan etdi.

“”Amerika bu səyə başçılıq edəcək və öz Strateji Neft Ehtiyatından 30 milyon barel istifadəyə verəcək,” Bayden dedi. “Bu addımlar ABŞ-da benzin qiymətlərini aşağı salmağa kömək edəcək.”

Bayden dedi ki, hazırkı hadisələrlə bağlı xəbərlər qorxulu görünsə də, hər şey yaxşı olacaq.

“İndiki dövrün tarixi yazılanda, Putin Ukraynaya qarşı müharibəsi nəticəsində Rusiya daha zəif, dünyanın qalan hissəsini isə daha güclü edəcək.”

O bu dəhşətli hadisələr fonuda dünya ölkələrinin liderləri arasında birliyin yarandığını, dünya boyu və hətta Rusiyada insanların bir araya gələrək Ukraynaya dəstəklərini ifadə etdiklərini bildirdi.

Putin Kyivi tanklarla mühasirə edə bilər, amma heç vaxt Ukrayna xalqının qəlbini və ruhunu qazana bilməyəcək. O heç vaxt onların azadlıq sevdasını söndürməyəcək. O heç vaxt azad dünyanın qətiyyətini zəiflətməyəcək.

“Demokratiya ilə avtokratiya arasındakı mübarizədə demokratiyalar meydan oxuyur və dünya açıq-aydın sülh və təhlükəsizliyin tərəfini seçir.”

“Bu real sınaqldır. Gəlin Ukrayna xalqının dəmir iradəsindən ilham almağa davam edək,” o dedi.

Bayden ukraynalı amerikalılkara səslənnərək onların Ukrayna ilə ABŞ-i birləşdirən dərin bağlar yaratdığını və ABŞ-ın onların yanında olduğunu dedi.

“Putin Kyivi tanklarla mühasirə edə bilər, amma heç vaxt Ukrayna xalqının qəlbini və ruhunu qazana bilməyəcək. O heç vaxt onların azadlıq sevdasını söndürməyəcək. O heç vaxt azad dünyanın qətiyyətini zəiflətməyəcək,” ABŞ Prezidenti dedi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG