Accessibility links

Qərb təhlilçiləri münaqişədə xarici qüdrətlərin rolunu şərh edir


Con Herbst və Stefen Blank
Con Herbst və Stefen Blank

Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru Con Herbst Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında hərbi toqquşmaların səbəblərini və Rusiya ilə Türkiyənin münaqişədəki rolundan bəhs edib.

Onun fikrincə, Ermənistan Baş Naziri Nikol Paşinyan hakimiyyətə gələndə Azərbaycanda onun danışıqlara açıq olacağına dair ümid yaranmışdı, amma onlar məyusluğa uğradı. Hersbt iyul ayında və indi baş verən toqquşmaya bunun səbəb olduğunu düşünür.

Herbst deyir ki, Putin son 15 ildə Türkiyə ilə yaxşı münasibət qurmağa çalışsa da, bunu Rusiyanın Türkiyənin yaxınlığındakı ölkələrdəki maraqlarının önünə keçməsinə imkan verməyib. O deyir ki, Türkiyə də eynilə Moskva ilə yaxşı münasibətləri qoruyub saxlamaq istəyir.

Bu səbəblə də, onun fikrincə, bu münaqişədə onlar sadəcə olaraq iki ayrı tərəfi dəstəkəyir və bu, onlar arasında vasitəçi müharibəyə çevrilməyəcək.

“Məncə biz Rusiya ilə Türkiyə arasında döyüş meydanında qarşıdurma görməyəcəyik. Amma aydındır ki, onların maraqları arasında toqquşma yaşanır”

Herbstın sözlərinə görə, bu münaqişədəki növbəti addım atəşkəs olmalıdır. Rusiya da bunu dəstəkləməlidir.

Herbst düşünür ki, tərəfləri atəşkəsə çağırmaq və danışıq masasına dəvət etmək üçün Minsk Qrupu addımlar atmalı və daha yüksək səviyyədə görüşlər təşkil etməlidir.

Amerika Xarici Siyasət Şurasının Rusiya və Beynəlxalq təhlükəsizlik üzrə tədqiqatçısı Stefen Blank isə Amerikanın Səsinə deyib ki, son münaqişəyə səbəb Ermənistanın danışıq aparmağı rədd etməsi və “Dağlıq Qarabağın paytaxtını Şuşaya köçürməyə” qərar verməsi olub. Onun fikrincə bu, Azərbaycana Paşinyan hökümətinin danışqlar aparmaqda marağının olmamasına işarə edib.

“Onlar Ermənistanın diqqətini cəlb etməyin yeganə yolunun münaqişə başlatmaq olduğunu düşündülər,” Blank bildirib.

Onun fikrincə, Azərbaycanın məqsədi Dağlıq Qarabağın mümkün qədər ərazisi geri almaq, Ermənistan ordusunu cihandan əhatə etməkdir.

“Buna görə də düşünürəm ki, bu erməniləri danışıq aparmağa məcbur etmək üçün aparılan hərbi əməliyyatdır,” o deyib.

Türkiyə ilə Rusiyanın mümkün müdaxiləsilə bağlı suala cavab olaraq Blank deyib ki, NATO Türkiyəyə açıq aydın bildirməlidir ki, əgər Türkiyə münaqişəyə birbaşa müdaxilə etsə, NATO onu dəstəkləməyəcək. Onun fikrincə Rusiya da Ermənistana açıq olaraq onların tərəfindən münaqişəyə müdaxilə etməyəcəyinə aydınlıq gətirməldiir.

Lakin onun fikrincə Türkiyə hərbi baxımdan bu münaqişəyə cəlb olunmayacaq. O, Türkiyənin Azərbaycana siyasi dəstək verəcəyini düşünür. Blank Ərdoğanın ölkə daxilində dəstək qazanmaq üçün bu ritorikadan istifadə etdiyini düşünür.

Onun fikrincə bu münaqişəni həll etmək üçün 1978-1979-cu ildə İsraillə Misir arasında olduğu kimi üçüncü ölkə danışqlara vasitəçilik etməlidir. O deyir ki, bu üçüncü ölkə ABŞ olmalıdır.

Onun sözlərinə görə, bu münaqişə ABŞ-la Rusiyanın və hətta NATO-nn əməkdaşlıq edə biləcəyi bir məsələdir. O, Minsk Qrupunun gərəksiz və problemin həllinə yararsız olduğunu düşünür.

“Bu Vaşinqtonla Moskvanın əməkdaşlıq etməsi üçün bir fürsətdir. Onlar tərəfləri danışlq masasına oturdub, deməlidirlər ki, ‘bu, Madriddə razılaşdığımız şərtlərdir. Bunları ya imzalamalısınız, ya da imzalamasanız və aranızda növbəti dəfə müharibə olsa, heç kim sizə yarım etməyəcək.’ Əgər onlar danışqlar aparsa, qanuni sərhədlər üzərinə razılıq əldə edə bilərlər,” o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG