Accessibility links

Amerika səfirliyi kiçik qrant layihələrinin imzalanması mərasimi keçirib


Qrant
Qrant

Demokratiya komissiyası kiçik qrantlarlaAzərbaycanda demokratik təsisatların inkişafına təkan verməyi qarşısına məqsəd qoyub

Sentyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfirliyi və Demokratiya komissiyası Kiçik Qrantlar Proqramının 2013-cü il yay çağırışı üçün qrant müqavilələrinin imzalanması mərasimini keçirib.

Amerikanın Bakıdakı səfirliyinin məlumatına görə, Müsabiqədə qalib gələn on yerli qeyri-hökümət təşkilatı və təşəbbüs qrupu proqram çərçivəsində qrant alıb. Bu təşkilatlar insan alverinə qarşı mübarizə, gənclərin inkişafı, regionlarda vətəndaş nəzarəti mexanizmlərinin yaradılması, sabiq məhbusların hüquqlarının müdafiəsi, regionlarda erkən və məcburi nigahlar barədə məlumatlılığın artırılması və qadın hüquqlarının müdafiəsi kimi vətəndaş cəmiyyəti və demokratik təsisatların inkişafına yönəlmiş layihələri həyata keçirəcəklər.

Demokratiya komissiyası Kiçik Qrantlar Proqramı kiçik qrantlar əsasında Azərbaycanda demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafına təkan verməyi qarşısına məqsəd qoyub.

Qrantlar (məbləğ 24 000 dollardan çox olmamaq şərti ilə) müsabiqə əsasında Azərbaycanda gəlir güdməyən qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və digər gəlir güdməyən assosiasiya və birliklərə, eyni zamanda müstəqil yerli media təşkilatlarına ayrılır.
XS
SM
MD
LG