Accessibility links

İran məhkəməsi vəkilə 18 il həbs verib


İran Kəşfiyyat Nazirliyinin əməkdaşları bir çox siyasi məhbusların vəkili olmuş Əbdülfəttah Sultanini 2011-ci ilin sentyabr ayında tutub.

Tanınmış vəkil, İranda İnsan Hüquqları Müdafiə Qurumu ali nəzarət şurasının üzvü Əbdülfəttah Sultani 18 ilə həbsə məhkum edilib. İran Kəşfiyyat Nazirliyinin əməkdaşları bir çox siyasi məhbusların vəkili olmuş Əbdülfəttah Sultanini 2011-ci ilin sentyabr ayında tutub.

“Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Əbdülfəttah Sultanini sistemə qarşı təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilib. Məhkəmənin qərarı ilə Əbdülfəttah Sultaninin vəkil kimi fəaliyyət göstərməsinə 20 il qadağa da qoyulub.

XS
SM
MD
LG