Accessibility links

İranda azərbaycanlı fəal tutulub


İranda azərbaycanlı fəal tutulub
İranda azərbaycanlı fəal tutulub

O 21 fevral Beynəlxalq Ana Dili Günündə Təbrizdə toplantılar keçirilməsini istəyib.

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan azərbaycanlı fəal Fərhad Sərvnaz tutulub. O, 2 gün əvvəl saxlanılsa da, xəbər yenicə yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Meşkinşəhr (Xiyav) şöbəsinin əməkdaşları Fərhad Sərvnaz Pərixanini fevralın 20-də mənzilində tutub bilinməz istiqamətə aparıblar.

Bir neçə xəstəlikdən əziyyət çəkən və daima həkim nəzarətində olan azərbaycanlı fəalın nədə günahlandırıldığı bilinməsə də, onun həbsinin 21 fevral Beynəlxalq Ana Dili Günündə Təbrizdə toplantılar keçirmək çağırışları ilə bağlı olduğu təxmin edilir.

XS
SM
MD
LG