Accessibility links

İranda həbs olunan Sara Şördun prosesinə dair məhkəmə qərarı təxirə salınıb


İran Tehranda bir ildən çox müddətdir həbsdə saxlanılan amerikalı səyahətçilərdən birinin azad edilməsi planı qəfil ləğv edib

İran Tehranda bir ildən çox müddətdir həbsdə saxlanılan amerikalı səyahətçilərdən birinin azad edilməsi planını qəfil ləğv edib. Ədliyyə rəsmiləri bəzi hüquqi məsələlərin həllini tapmadığına işarə ediblər. İranın İLNA xəbər agentliyinin baş prokurora istinadən Sara Şördun prosesinə dair məhkəmə qərarının hələ bitmədiyini qeyd etməsindən sonra onun statusunun qeyri-müəyyən qaldığını bildirib. İRNA dövlət xəbər agentliyi prosesin təxirə salınmasının prezident Mahmud Əhmədinejadın sözcüsü tərəfindən təsdiq edildiyi haqda məlumat verib. Sözçü məsələ ilə bağlı detalların elan ediləcəyini deyib. Sara Şörd və iki başqa amerikalı Şan Bauer və Coş Fattal 2009-cu ilin iyul ayının 31 həbsə alınıblar. Onlar sonradan casusluqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunbrlar. Amerikalılar İranın ərazisinə səhvən daxil olduqlarını və casusluqla məşğul olmadıqlarını bildiriblər.

XS
SM
MD
LG