İran prezidenti Mahmud Əhmədinejad deyir ki, İranda həbsdə olan digər iki amerikalı İrana cinayət törətmək üçün gəlmədiklərini sübut etməlidir. Cənab Əhmədinejad NBC televiziyasına müsahibədə məhkəmə prosesinə müdaxilə etməyəcəyini və amerikalılar barədə son qərarı məhkəmənin verəcəyini dilə gətirib. ABŞ-ın iki vətəndaşı Şeyn Bauer və Coş Faral casusluqda ittiham olunur. Onlar 2009-cu ilin iyul ayında həbs olunublar. Ailələri onların günahsız olduğunu bildirir. İki gün öncə isə amerikalı Sarah Şour 500 min dollar müqabilində səhhəti ilə əlaqədar olaraq zaminə buraxılıb.
İran prezidenti Mahmud Əhmədinejad NBC televiziyasına müsahibədə bu açıqlamanı verib