Accessibility links

İranda jurnalist bir il müddətinə azadlıqdan məhrum edilib


Tehran məhkəməsi Keyvan Mehreqanı dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilib.

İranda islahatçı “Şərq” qəzetinin 3 ay əvvəl tutulmuş əməkdaşı Keyvan Mehreqan 1 il müddətinə azadlıqdan məhrum edilib.

ETTELAAT əməkdaşları 2011-ci il dekabrın 7-də “Şərq”in redaksiyasına gələrək qəzetin baş redaktoru Əhməd Qulamini, beynəlxalq bölmənin rəhbəri Fərzanə Rustayini, siyasi bölmənin rəhbəri Keyvan Mehreqanı və qəzetin sponsoru Əli Xodabəxşi tutmuşdular. Həbslərin “Şərq” qəzetinin 16 Azər Tələbə Günü ilə bağlı xüsusi buraxılış hazırlamaq planı ilə əlaqələndirildiyi vurğulanır.

“Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Keyvan Mehreqanı dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilib.

Məhkəmə Keyvan Mehreqana 5 il jurnalist kimi fəaliyyət göstərməyi də qadağan edib.

XS
SM
MD
LG