Accessibility links

İraqın Taci şəhərindəki partlayışlar 35 nəfərin ölümünə səbəb olub


İraqın Taci şəhərindəki partlayışlar 35 nəfərin ölümünə səbəb olub
İraqın Taci şəhərindəki partlayışlar 35 nəfərin ölümünə səbəb olub

Bağdadın şimalında hökumət binası yaxınlığında həyata keçirilmiş iki bomba hücumu 35 nəfərin ölümünə səbəb olub. Maşına yerləşdirilmiş bombanın və digər partlayışın bu gün baş verdiyi bildirilib. İraq rəsmiləri paytaxtdan 20 km-lik məsafədə yerləşən Taci şəhərindəki həmin partlayışlar nəticəsində də iyirmidən çox adamın da yaralandığını bildirmişlər. Partlayışlar zamanı onlarla insanın yaralandığı bildirilir. Partlayışların məsuliyyətini hələlik üzərinə götürən olmayıb.

Dünən gecə isə Bağdaddakı Yaşıl Zonaya atılan raketin 4 nəfərin, İraq polisini və əsgərləri hədəf alan hücumun 8 nəfərin ölümünə səbəb olduğu deyilir.

XS
SM
MD
LG