Accessibility links

RATİ: 2013-cü il siyasi əks düşüncənin boğulması ilə yadda qaldı


RATİ_logo
RATİ_logo

Təşkilat hökuməti ifadə, sərbəst toplaşmaq və birləşmək azadlığı ilə bağlı olaraq həbs olunmuş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır

“2013-cü il Azərbaycan hökuməti tərəfindən qanunlara bir sıra məhdudlaşdırıcı dəyişikliklərin edilməsi, jurnalistlərin və azad söz fəallarının təqibi, QHT-lərin fəaliyyətinə müdaxilələr və siyasi əks düşüncənin boğulması ilə yadda qaldı”. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir.

Sənəddə “Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimli, jurnalist Əvəz Zeynallı, hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi xatırladılır.

RATİ təəssüflə bildirir ki, onlarla jurnalist, blogger, hüquq müdafiəçisi və gənc fəal Yeni ili ailələrindən və dostlarından uzaqda, dəmir barmaqlıqlar arxasında keçirəcəklər.
Bununla belə, RATİ BMT, Avropa Şurası və ATƏT-ə üzvlüyü çərçivəsində, habelə əsas beynəlxalq və regional insan hüquqları müqavilələrinə qoşulmaqla Azərbaycanın öz üzərinə ifadə və informasiya azadlıqlarını qorumaq öhdəliyini götürdüyüynü xatırladır.

RATİ Azərbaycan hökumətini ifadə, sərbəst toplaşmaq və birləşmək azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır.

Eyni zamanda, hökuməti ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüququna hörmət etməyə və hüquq müdafiəçilərini, jurnalistləri və hakimiyyətə qarşı tənqidi fikirlərini dinc şəkildə ifadə edən bütün digər şəxsləri təqib etməməyə çağırır.

Öz növbəsində Azərbaycan hökuməti ölkədə media, fikir, ifadə azadlığının tam təmin edildiyini, siyasi və tənqidi düşüncəsinə görə insanların həbs edilmədiyini bildirir.
XS
SM
MD
LG