Accessibility links

Rauf Mirqədirov: Türkiyədə vəkildən məhrum edilməyim Avropa məkanında görünməmiş bir hadisədir


Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov cümə günü Ankarada saxlanılıb
Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov cümə günü Ankarada saxlanılıb

Həbsdə olan jurnalist bəyanatla çıxış edib

Vəkil Elmar Süleymanov həbsdə olan “Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirovla iyunun 10-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında görüşüb.

Vəkil Amerikanın Səsinə bildirib ki, jurnalist saxlanma şəraitindən narazı deyil və səhhətində heç bir problem yoxdur.
Bununla yanaşı Mirqədirov dünənki məhkəmə qərarı ilə bağlı bəyanat verib.

Rauf Mirqədirov bildirir ki, onu Türkiyədə vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar “Avropa Şurasının coğrafi məkanında görünməmiş” bir hadisədir:

“Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verib”.

Rauf Mirqədirov bəyanatında deyir ki, “prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.

Rauf Mirqədirov Türkiyədən çıxarıldıqdan sonra aprelin 19-da həbs olunub. O, Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham olunur.

Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.

Jurnalist ittihamı absurd sayaraq, ifadə verməkdən imtina edir. Lakin sonradan bəzi məsələlərə aydınlıq məhkəmədə bəyanatla çıxış etmək qərarına gəlib.
XS
SM
MD
LG