Accessibility links

Elçin Şıxlı: Rauf Mirqədirov “Zerkalo” qəzetinin Messisi idi [Video-müsahibə]


Elçin Şıxlı: Rauf Mirqədirov “Zerkalo” qəzetinin Messisi idi
please wait

No media source currently available

0:00 0:05:52 0:00

Elçin Şıxlı: Rauf Mirqədirov “Zerkalo” qəzetinin Messisi idi

Mətbuat Şurasına mən müraciət etmişəm.Ona görə ki ,Mətbuat Şurasının təsisçilərindən biri də Zerkalo qəzetidir

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı qəzetin bağlanması və bundan sonra atılacaq addımlarla bağlı Amerikanın səsinə müsahibə verib.

Amerikanın səsi
: "Ayna-Zerkalo" qəzetinin bağlanmasının səbəbi nədir?

Elçin Şıxlı: Çox danışmışam bu barədə. Yenə də təkrar edirəm ki, hal-hazırkı vəziyyətdə qəzeti müstəqil şəkildə saxlamaq və dolandırmaq mümkün deyil. Burada bir məqam da var. Bəlkə bunu söyləməmişəm, indi söyləyirəm.
Ya şəxsi müstəqilliyimi, şəxsi mənliyimi tapdalayıb qəzeti saxlamalıyam, ya da bundan şəxsi azadlığımı itirməməmk üçün imtina etməliyəm.
Mən özüm müstəqil olmağı çox xoşlayıram.

Təbii ki, hamının maraqlarını nəzərə almağa çalışıram. Amma bir halda ki, mənim şəxsi müstəqilliyim təhlükə altındadır, o təhlükəni yaradan da qəzetimdirsə, burada seçim qarşısında qalıram, ya şəxsi müstəqilliyimi, şəxsi mənliyimi tapdalayıb qəzeti saxlamalıyam, ya da bundan şəxsi azadlığımı itirməməmk üçün imtina etməliyəm.

Mən indi demirəm ki, imtina etmişəm. Hər halda bu həddə çox yaxın vəziyyətdəyəm.

Amerikanın səsi: Qəzetinizin bağlanması ilə bağlı bəyanatınız Rauf Mirqədirovun həbsindən və redaksiyanızda prokurorluq tərəfindən yoxlama aparıldıqdan sonraya təsadüf edilir. Burada siyasi məqamlar nədir?

Elçin Şıxlı: Bu sualı mənə çox verirlər. Rauf Mirqədirovun
Mirqədirov “Zerkalo”-nun gözü idi. Onun yazıları qəzetin oxunaqlığının böyük bir qismini təmin edirdi.
həbsi qəzetin bağlanması üçün səbəb deyil. Amma belə deyək, bu bir təkan ola bilər. Nə mənada çünki mənə çox ağırdı, Mirqədirov “Zerkalo”-nun gözü idi. Onun yazıları qəzetin oxunaqlığının böyük bir qismini təmin edirdi. Belə deyək, Rauf Mirqədirov qəzetin Messisi idi (Argentina futbolçusu-red).

Amerikanın səsi: Siz etiraz olaraq mətbuat şurasından da çıxdınız. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetə maliyyə yardımı ayırmaqdan da imtina edib. Burada bir bağlılıq varmı?

Elçin Şıxlı: KİVDF-dən başlayaq, onlar imtina etmədi. Bizim
Çünki müqavilənin şərtini mən pozmuşam.
üç aylıq müqavilə var idi. Hər ay ərzində mövzuya uyğun şəkildə 20 məqalə çap olunmalı idi. Mən qəzeti gündəlik formatdan həftəliyə keçirəndə müqavilənin şərtlərini yerinə yetirə bilmədim və məktub yazdım ki, artıq bu müqavilənin şərtlərini yerinə yetirə bilmirəm.

Amma dedim ki, əgər həftəlik format qane eləyərsə həftəlik formata uyğun olaraq məsələn, iyirmi yox dörd və ya beş məqalə olarsa onun müqabilində dəstək verərsinizsə çox saq olun, verməzsizinizsə yenə çox saq olun. Çünki müqavilənin şərtini mən pozmuşam.

Onlar öz istəkləri ilə bunu etməyiblər.

Mətbuat Şurasına (MŞ) mən müraciət etmişəm. Ona görə ki, MŞ-nın təsisçilərindən biri də Zerkalo qəzetidir və mən belə düşünürəm ki, hər halda MŞ qəzetin düşdüyü vəziyyətə diqqət yetirməlidir .

Amerikanın səsi: Qəzetin çapı üçün işıq ucu varmı?

Elçin Şıxlı: Mən hələ ümidimi itirməmişəm. Amma mən belə
Ondan sonra vəziyyət faciəvi olaraq qalacaq.
hərəkət etmək istəmirəm ki, məsələn hər hansı bir məbləğ tapıldı və kimsə maliyyə dəstəyi,100 min və ya 50 min verdi. Mən bu qəzeti ay yarım, iki ay buraxdım.

Ondan sonra vəziyyət faciəvi olaraq qalacaq. Belə həllin tərəfdarı deyiləm. Belə olacaqsa qəzeti bərpa etməyin də mənası yoxdur.

Amerikanın Səsi: Bəs çıxış yolunu nədə görürsünüz?

Elçin Şıxlı: Çıxış, bilirsiniz ictimaiyyətin qınağı olmalıdır.
İctimiayyətin tələbi olmalıdır.
İctimiayyətin tələbi olmalıdır. Əgər ictimiayyət nəyəsə ehtiyac duyursa tələbatını bildirməlidir bu və ya digər şəkildə.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG