Accessibility links

Amerika Yəhudi Komitəsi Rəsul Cəfərovun həbsindən narahatdır


Amerika Yəhudi Komitəsi (logo)
Amerika Yəhudi Komitəsi (logo)

Amerika Yəhudi Komitəsi hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyinə məktub göndərib.

Art for democracy (Demokratiya naminə incəsənət) hüquq-müdafiə şirkətindən Amerikanın Səsinə bildiriblər ki, ABŞ Yəhidi Komitəsi hələ avqustun 6-da Azərbaycan səfiri Elin Süleymanova məktub göndərərək hüquq müdafiəçisi R.Cəfərovun həbsilə bağlı narahatlığını bildirib.

Ancaq bir aydan çox vaxt keçsə də səfirlikdən məktuba cavab göndərilməyib. Buna baxmayaraq komitə cavab alınması ilə bağlı səylərini davam etdirir.

R.Cəfərov avqustun 2-də həbs edilib. O, vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Amnesty İnternational təşkilatı Rəsul Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG