Accessibility links

Prokuror Rəsul Cəfərova 9 il həbs istəyib (Yenilənib)


Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)
Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)

Dövlət ittihamçısı Mübariz Mirili məhkəmədən hüquq müdafiəçisi Rəsul Cəfərova 9 il həbs istəyib və həbs müddəti başa çatdıqdan sonra 3 il məsul vəifələr tuta bilməz.

Növbəti məhkəmə iclası aprelin 14-də olacaq.

***

Aprelin 9-da hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmədə sənədlər tədqiq edilib. Müdafiə tərəfin Cəfərovun vəsaitləri mənimsədiyi və vergi ödənişindən yayındığı barədə rəy vermiş ekspertin məhkəməyə çağırılması haqqında vəsatəti təmin edilməyib.

Öz növbəsində, müdafiə tərəfi mənimsəmə ittihamlarını təkzib edən çoxsaylı maliyyə sənədləri təqdim edib. Bu sənədlər qrantlardan məqsədə uyğun şəkildə istifadəni təsdiq edir.

Daha sonra Cəfərov ifadə verərək, yenidən bütün ittihamları təkzib edib. O bildirib ki, Ədliyyə Nazirliyi onun rəhbərlik etdiyi İnsan Hüquqları Klubunu qeydiyyata almaqdan imtina edib, bununla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib.

Digər tərəfdən dövlət qeydiyyatı olmayan QHT-lərin fəaliyyəti qanunsuz deyil. QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev dəfələrlə bunu bəyan edib. Müdafiə tərəfi Quliyevin çıxışlarının elektron qeydini təqdim edib.

Cəfərovun İnsan Hüquqları Klubu qeydiyyatsız fəaliyyət göstərdiyinə görə o, qrantları fiziki şəxs kimi alırdı. 2014-cü ilin fevralına qədər qanunvericilikdə fiziki şəxslərin aldığı qrantların qeydiyyatı haqqında norma yox idi.

Cəfərov bütün digər ittihamları də təkzib edib. Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Bu zaman dövlət ittihamçısı bildirib ki, yekun çıxışa hazırdır.

“Demokratiya Naminə İncəsənət” kampaniyasının koordinatoru Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar - vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürülüb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və cinayət işini sifarişli sayır.

Amnesty İnternational Rəsul Cəfərovu ”vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG