Rusiya E-Koli bakteriyasından ehtiyat edərək, Misirdən tərəvəz toxumları və zoğların idxalına qadağa qoyub. Rusiyanın Sanitariya agentliyi belə bir qərarın Avropa Komissiyasının E-Koli bakteriyasının bu ilin əvvəlindən Avropaya Şimali Afrikadan gəldiyini bildirməsindən sonra qəbul edildiyini bildirib. RİA Novosti xəbər agentliyinin məlumatında Misirin E-Koli bakteriyasının onun ölkəsindən gəldiyini inkar etdiyi deyilir.
Avropa Komissiyası da Misirdən toxumların alınmasına qadağa qoyub. Qadağa oktyabr ayının sonunadək qüvvədə olacaq. Avropanın 16 ölkəsində E-Koli bakteriyası 48 adamın ölümünə, 3000 nəfərin isə zəhərlənməsinə səbəb olub.