Accessibility links

Rusiyanın Avropa üzərində hərbi uçuşları [Video]


Rusiya hərbi təyyarələrinin Avropa üzərində uçuşları
please wait

No media source currently available

0:00 0:02:31 0:00

በዩናትድ ስቴትስ የሪፓብሊካን ፓርቲውና የዴሞክራቲክ እጩዎች ምርጫ ሂደት

Qərargahı Londonda yerləşən Avropa Liderlik Şəbəkəsi araşdırma mərkəzi Rusiyanın son zamanlar keçirdiyi hərbi uçuşlar və digər hərbi manevrləri Qərb ölkələrinə qarşı addım kimi qiymətləndirir. Araşdırma mərkəzi Rusiyanın NATO-nun müdafiə gücünü sınaqdan keçirmək məqsədilə son aylar hərbi uçuşları intensivləşdirməsindən sonra hesabat açıqlayıb.

Təhlükəsizliyə dair qarantiyaların pozulması, Qərbin keçmiş kommunist ölkələrinə verdiyi təhlükəsizlik qarantiyalarına etibarın pozulması cəhdlərini görürük.

Rusiyanın hərbi təyyarələri son səkkiz ayda 40 dəfədən artıq NATO-nun hava hövzəsinə ya yaxınlaşıb, ya da onu pozub. Avropa Liderlik Şəbəkəsinin hesabatına əsasən, bu təyyarə uçuşlarından biri Danimarka üzərində sərnişin təyyarəsinin lap yaxınlığında həyata keçirilib.

Bununla yanaşı, İsveç sularında Rusiyanın hərbi sualtı gəmisinin görünməsi haqda məlumatlar verilib, Estoniyanın kəşfiyyat agenti oğurlanıb və hətta Birləşmiş Ştatlara qarşı raket hücumu simulyasiya edilib.

Kral Birgə Xidmətlər İnstitutunun beynəlxalq məsələlər üzrə direktoru Conatan Eyal: “Təhlükəsizliyə dair qarantiyaların pozulması, Qərbin keçmiş kommunist ölkələrinə verdiyi təhlükəsizlik qarantiyalarına etibarın pozulması cəhdlərini görürük.”

Suxoy-35 qırıcı təyyarəsi
Suxoy-35 qırıcı təyyarəsi

Bu qarantiyalar Polşada olduğu kimi yazılı sənədlər və kiçik yoxlama mərkəzləri şəklində təqdim edilib. Lakin indi belə obyektlər genişləndirilib, NATO-ya daxil olan ölkələr öz aralarında və Ukrayna kimi Rusiya sərhədlərinə yaxın tərəfdaş ölkələrlə daha çox təlim keçirir.

Conatan Eyal: “Biz Moskvaya döyüşməyə can atmadığımıza, gərginlik istəmədiyimizə dair mesaj göndərməliyik. Amma eyni zamanda, qorxmadığımızı da göstərməliyik.”

Ekspertlərin fikrincə, Rusiyanın Avropada öz hərbi gücünü nümayiş etdirmək cəhdi bir tərəfdən avropalıların reaksiyasını yoxlamaq, digər tərəfdən də ölkə daxilində imicini gücləndirmək məqsədi daşıyır. Beynəlxalq Strateji Araşdırmalar institutunun eksperti Daqlas Barri bunu təhlükə kimi qəbul etmir.

“NATO indi ruslar tərəfindən sovet dövrünün hərbi hava qüvvələri ilə qarşı-qarşıya deyil. Rusiyanın Hərbi Hava Qüvvələri həcmcə daha kiçikdir və sovet dövrünün hərbi hava qüvvələrindən daha az qazbiliyətə malikdir.”

NATO indi ruslar tərəfindən sovet dövrünün hərbi hava qüvvələri ilə qarşı-qarşıya deyil. Rusiyanın Hərbi Hava Qüvvələri həcmcə daha kiçikdir və sovet dövrünün hərbi hava qüvvələrindən daha az qazbiliyətə malikdir.

Lakin hərbi sahəyə investisiyalar nəticəsində Rusiyanın hərbi təyyarələrinin uçuşları bu gün mümkün olub. Gələcək illərdə Rusiya ordusunun daha da müasirləşdirilməsi nəzərdə tutulur.

Daqlas Barri: “Fikrimcə, bunlar Rusiya elitasının ambisiyalarıdır.”

Ekspertlərin fikrincə, bu ambisiyalar NATO-nun Rusiyanın sərhədlərinədək genişlənməsinin qarşısını almaq və NATO-nun keçmiş sovet respublukaları ilə bağlı təəhhüdlərindən geri çəkilməsinə nail olmaqdan ibarətdir. NATO buna heç zaman getməyəcəyini deyir.

XS
SM
MD
LG