Accessibility links

Politoloq: Ukraynada müharibə olmayacaq


Rüstəm Şahsuvarov
Rüstəm Şahsuvarov

Rüstəm Şahsuvarov hesab edir ki, Rus dilinin statusu ilə bağlı siyasətini dəyişsə Şərqi Ukraynada separatçılıq olmayacaq

Politoloq Rüstəm Şahsuvarov Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna münasibətləri, qərbin sanksiyalarının təsirləri, MDB-nin, GUAM-ın və Avrasiya Birliyinin gələcəyindən danışıb.

Rüstəm Şahsuvarovla müsahibə
please wait

No media source currently available

0:00 0:07:45 0:00

Politoloq hesab edir ki, Rusiya və Ukrayna qonşu dövlətlərdir və problemi dinc yolla həll etməlidirlər. “Bu iki dövlət dinc yaşamağa məcburdurlar. Bu iki dövlət və xalq bir-birinə olduqca yaxındır. Həm tarixi, həm mədəni, həm etnik , həm də dini cəhətdən çox yaxındırlar. Ona görə də inanmıram ki, hazırkı Rusiya-Ukrayna münaqişəsi hərbi müstəviyə keçsin. Müharibə olmayacaq. Baxmayaq ki, münaqişə var, Moskvadakı və Kiyevdəki rejimlər bir-birinə qarşıdır. Əminəm ki, bir müddətdən sonra bu münaqişə dinc müstəviyə keçəcək”.

Şahsuvarov hesab edir ki, Krım Rusiyanın tərkibində qalacaq. “Çünki artıq məsələ həll olunub. Siyasi münasibətlər kəskin olaraq qalacaq. Lakin inanmıram ki, qərb Krım məsələsinə görə Rusiyaya qarşı hansısa köklü tədbirlər görsün, Rusiyanı sıxışdırsın. Yaxud da siyasi münasibətlər o qədər kəskinləşsin ki, hansısa müharibə vəziyyəti yaransın, yaxud da soyuq müharibə olsun. Krıma görə bu olmayacaq”.

Politoloq Şərqi Ukraynanın taleyini mürəkkəb məsələ kimi dəyərləndirir. “Orada rusdilli əhali çoxluq təşkil edir və onlar indiki rejimdən narazıdır. İş orasındadır ki, indiki Kiyev rejimi hakimiyyətə gələn kimi Rus dilinin rəsmi statusunu qadağan etdi. Bu isə vəziyyəti bir qədər də gərginləşdirdi”.

O hesab edir ki, Kiyev rejimi Rus dili ilə bağlı siyasətini motədil qura bilsə, Rus dilinin işlənməsinə qadağa qoymasa Şərqi Ukrayna əhalisi ilə ümumi dil tapa bilər. “Bu halda Şərqi Ukraynada separatçılıq olmayacaq” .

Şahsuvarov qərbin Rusiyaya qarşı sanksiyalarının köklü xarakter daşımadığını bildirib. “Bu sanksiyalar ayrı-ayrı çinovniklərə qarşıdır. Belə sanksiyalar isə nə Rusiyanı fikrindən çəkindirə bilər, nə də Rusiya iqtisadiyyatını çökdürə bilər”.

Politoloqun fikrincə indiki qlobal dünyada qərb və Rusiya iqtisadiyyatları bir-birindən elə asılıdır ki, Rusiya kimi nəhəng dövlətin iqtisadiyyatını tamama çökdürmək böyük problemdir. Bu həm də qərbin özü üçün problemlər yaradır”.

O GUAM-ın gələcək perspektivlərinə toxunarkın deyib ki, bu qurum iqtisadiyyatdan daha çox geosiyasi xarakter daşıyır və Rusiyanın təsirlərini azaltmağa hesablanıb. “GUAM ölkələri Rusiyanın təcavüzündən qorxmamalıdır. Rusiya bu ölkələrdəki rusların müdafiəsi üçün təcavüz etməyəcək. Sadəcə bu ölkələr Rusiya ilə konstruktiv münasibətlər qura bilsələr problemlərlə üzləşməyəcəklər”, politoloq qeyd edib.
XS
SM
MD
LG