Accessibility links

Sadiq İsabəyli İranın 'mərkəziyyətçi müxalifətində' qeyri-fars qüvvələrin rolunu şərh edir


Sadiq İsabəylinin sözlərinə görə, qeyri-fars icmalara mənsub qüvvələr İranın siyasi təşkilatlarında önəmli, amma məhdud bir rola malikdir. O deyir ki, bu qüvvələrə verilən rol fars mərkəzli siyasət çərçivəsinə görə müəyyən olunur.

Sadiq İsabəyli Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:03 0:00

Amerikanın Səsi ilə söhbətdə İranın siyasi mühitində qeyri-fars qüvvələrin rolunu və nüfuzunu dəyərləndirən siyasi şərhçinin fikrincə, “hətta mərkəziyyətçi təşkilatların üzvlərinin bəlki yarısından çoxu yenə də qeyri-fars qüvvələrə mənsub olan insanlardır.”

Qeyri-fars millətlərə mənsub olan siyasətçilər, hətta mərkəziyyətçilik və İrançılıq çərçivəsində apardıqları siyasətlərdə də tutduqları mövqelərin arxasında olub və bunun bədəlini də ödəyiblər.

“Əslində bizim əsasımız var bunu deyək ki, İranda qeyri-farsların sayı nisbətdə farsdan daha çoxdur. Hətta İran rəsmiləri dəfələrlə açıqlamalarında konkret sayı olaraq deməsələr də, qeyri-farsların əhalinin 70 faizini təşkil etdiyini açıqlayırlar. Biz türklərin sayını da nəzərə alsaq, farslara nisbət daha çoxdurlar,” Sadiq İsabəyli söyləyir.

İsabəyli İranın müasir siyasi tarixinin, xüsusilə hakimiyyət müxalifi hərəkatlarında qeyri-fars qüvvələrin başlıca rol oynadığına diqqət çəkir:

“Bu bu gün də belədir. Çünki böyük tarixi zaman keçməyib. Məsələn Xalqın Mücahidləri təşkilatını götürün... Ya digər mövcud təşkilatlar, solçu təşkilatların üzvlərində, onların liderlik kadrlarında qeyri-farsların sayı çoxdur. Bu qrupların formalaşmasında, bəzilərinin ortaya çıxmasında qüyri-fars millətlərin rolu olub.”

Türk fəal əlavə edir, “qeyri-fars millətlər bu təşkilatların təsisində təyinedici rol alıblar. Amma sonrakı proseslərdə onların tutdurğu mövqelər uğursuzluqla nəticələnib. Çünki, İranda fars mərkəzli düşüncə əsasında irəli aparılan proseslərdə bu qeyri-fars qüvvələrə verilən rol məhdud olub. O məhdud rol fars mərkəzli siyasətin çərçivəsində müəyyən olunur.”

Qeyri-fars millətlər bu təşkilatların təsisində təyinedici rol alıblar. Amma, sonrakı proseslərdə onların tutdurğu mövqelər uğursuzluqla nəticələnib...

Bəzi siyasi fəallara görə, üzləşdikləri zülmlər və basqılar səbəbilə qeyri-fars icmalara mənsub siyasi qüvvələr siyasi proseslərdə itaətkar davranmayıblar. Onlar o cümlədən, müvafiq olaraq türk və lur icmalarına mənsub və hazırda ev həbsində olan siyasətçilər Mir Hüseyn Musəvi və Mehdi Kərubbiyə işarə edirlər. Musəvi və Kərrubi Məhəmməd Xatəmi kimi siyasətçilərin əksinə ali ruhani liderin basqılarına boyun əyməyiblər.

Sadiq İsabəyli isə deyir ki, qeyri-fars icamalara mənsub siyasətçilər İranın siyasi tarixinin müxtəlif dönəmlərində önəmli qərarlar alıb, fəqət bu qərarların bədəlini də ödəyiblər.

Mir Hüseyn Musəvi (sol) və Mehdi Kərrubi
Mir Hüseyn Musəvi (sol) və Mehdi Kərrubi

“Biz gördük ki, Ruhani, Xatəmi və Rəfsəncani kimi siyasətçilər irəli sürdükləri ideyalar və şüarların arxasında konkret bir dirəniş göstərmədilər. Lakin qeyri-fars millətlərə mənsub olan siyasətçilər, hətta mərkəziyyətçilik və İrançılıq çərçivəsində apardıqları siyasətlərdə də tutduqları mövqelərin arxasında olub və bunun bədəlini də ödəyiblər. Bunun konkret nümunəsi olaraq Kərrubi və Musəvini görürük ki, bu gün o cəzanı da onlara tətbiq edirlər,” siyasi fəal deyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG