Accessibility links

Oturaq həyat tərzi keçirən insanlar daha çox hərəkət etməlidir [Video]


Oturaq həyat tərzi keçirən insanlar daha çox hərəkət etməlidir
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Alimlər sağlam qalmağın yollarını araşdırmağa davam edərkən bir şey daha da aydınlaşır: psixi və fiziki baxımdan sağlam qalmaq üçün, hərəkət etmək lazımdır. Amma bütün günlərini masa arxasında keçirən insanlar üçün hərəkət etmək çətindir. Yeni araşdırma nəticələri isə göstərir ki, hətta bütün günü oturaq halda keçirsəniz belə, həftədə sadəcə bir neçə saat hərəkət etmək sağlam qalmanız üçün yetərli ola bilər.

Müasir çağda bir çox işçi gününün böyük hissəsini oturaraq keçirir.

Bizim araşdırmamızda fiziki baxımdan aktiv olan bir qrup ofis işçisi iştirak edib. Onlar gündə 45 dəqiqə piyada gəzirlər. Bu cür fiziki aktivlik onları diabetə qarşı qoruyub və bu səbəbdən də oturmağın onlar üzərində təsiri daha az olub.
Emmanuel Stamatakis

Biz işə gedib-gələrkən nəqliyyat vasitələrində… işdə…daha sonra isə evdə televizorun önündə otururuq.

Şübhəsiz ki, bu qədər oturmaq insanın sağlamlığı üçün pis ola bilər.

Amma britaniya və avstraliyalı alimlərin apardığı yeni araşdırmanın nəticələri oturmaqla bağlı bəzi maraqlı faktlar ortaya çıxarıb. Birincisi odur ki, bütün oturma halları eyni deyil.

Sidney Universitetindən Emmanuel Stamatakis: “Oturma şəkli çox vacibdir, çünki insanlar çox vaxt oturarkən eyni zamanda başqa nə isə də edir. Məsələn onlar oturaraq iş görür, televizor izləyir və ya maşın sürürlər. Müəyyən dərəcədə isə, oturmağın sağlamlığa təsirləri bizim oturarkən başqa nə işlə məşğul olduğumuzdan asılıdır”.

Adətən oturaq həyat tərzi keçirmək ikinci tip diabet və xərçənglə əlaqələndirilirdi. Amma araşdırma nəticələri sağlam qalmağın insanların bütün günü oturaraq keçirəndən sonra nə etdiklərindən asılıdır.

“Həyat tərzinin bir neçə elementi var. Hər şey oturmaqdan ibarət deyil. Çox idman edən bir insan üçün, oturmaq ikinci dərəcəli əhəmiyyət daşıyır. Amma unutmamalıyıq ki, böyüklərin çox kiçik bir hissəsi fiziki baxımdan aktivdir. İnsanların əksəriyyəti çox az idman və ümumiyyətlə çox az fiziki hərəkət edir", deyə Stamatakis bildirir.

Araşdırma nəticələri göstərir ki, həftədə 150 dəqiqə idman etmək iş vaxtında masaarxasında oturmağın bütün mənfi təsirlərinə əks-təsir yaradır.

“Bizim araşdırmamızda fiziki baxımdan aktiv olan bir qrup ofis işçisi iştirak edib. Onlar gündə 45 dəqiqə piyada gəzirlər. Bu cür fiziki aktivlik onları diabetə qarşı qoruyub və bu səbəbdən də oturmağın onlar üzərində təsiri daha az olub”, Emmanuel Stamatakis deyir.

Araşdırma nəticələri əsas problemin oturmaq olmadığını və ildə beş milyon insanın ölümünə oturmağın deyil, hərəkətsiz olmağın səbəb olduğunu göstərir.

Ona görə də, əgər sağlam qalmaq istəyirsinizsə, oturmadığınız vaxtlarda daha çox hərəkət etməyə çalışın.

XS
SM
MD
LG