Bu yaxınlarda üç beynəlxalq insan haqları qurumu İranda etnik və dini azlıqların durumu ilə bağlı 48 səhifəlik hesabat yayımlayıb. İran Azərbaycanında insan haqları pozuntularına dair məlumat verərək həmin hesabatın hazırlanmasında əməkdaşlıq edən hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibə verib.
Xiyavlı bu hesabatın əslində İran İslam Respublikasının iddialarına cavab olaraq hazırlandığını bildirir.
İslam Respublikası həmişə iddia edir ki, İranda türklər, ərəblər, kürdlər və bu kimi qruplara qarşı ayrı-seçkilik yoxdur və onlar öz dillərində təhsil hüququna sahibdir.
Beynəlxalq Azlıqların Haqları Qrupu (MRG), Mülki Hüquqlar Üçün Atəşkəs Mərkəzi (Ceasefire) və İnsan Haqları Dəstəkləyicələri Mərkəzinin birgə yayımladığı hesabatda İranda azlıq hüquqlarının inkar edildiyi habelə Həsən Ruhaninin verdiyi sözlərə baxmayaraq azlıqların əsassız həbsi kimi xüsuslarda yaxşılaşma olmadığı vurğulanıb.
Şahin Xiyavlının bildirdiyinə görə, beynəlxalq qurumların hazırladığı sənəd martın 12-də Birləşmiş Millətlər Təşkilatının mərkəzində keçirilən bir konfransda açıqlanıb. Hesabat BMT-nin müxtəlif qurumlarından əlavə bu sahələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlara da təqdim edilib.
“2016-cı ildə BMT tərəfindən təşkil oluna azlıqlar forumuna İran təmsilçiləri ölkənin dini azlıqlar və etnik cəmiyyətləri ilə bağlı bir kitabça gətirmişdilər. Bu hesabat əslində həmin kitabçaya cavab olaraq hazırlanmış bir sənəddir,” deyə Xiyavlı qeyd edir.
O, hesabatda “İrandakı dini və etnik cəmiyyətlərin profili, qanuni və hüquqi çərçivələr, mədəni və siyasi hüqların mahiyyəti, həmçinin iqtisadi, siyasi və mədəni haqların pozulması” kimi başlıqlara yer verildiyini ifadə edir.
Bunu anlatmışam ki, İran hakimiyyəti bəzən iki kreditlik bir türkcə kursu açsa da, fərqli yollardan onun önünü kəsməyə çalışır.
Şahin Xiyavlının söylədiklərinə görə, “hesabatda misal üçün əsassız nəzarətə almalar, həbslər, edamlar, dil hüquqları və nifrət ifadələrinə işarə olunub... Çünki İslam Respublikası həmişə iddia edir ki, İranda türklər, ərəblər, kürdlər və bu kimi qruplara qarşı ayrı-seçkilik yoxdur və onlar öz dillərində təhsil hüququna sahibdir.”
Hüquq müdafiəçisi hesabatda xüsusilə Ruhani dönəmində verilən sözlərə əməl olunmadığına diqqət çəkildiyini bildirir.
Fərdi hekayələrin də yer aldığı 48 səhifəlik sənəddə tanınmış türk fəal və hazırda Tehranın Evin həbsxanasında saxlanılan Siyamək Mirzayinin durumu və İnqilab Məhkəməsinin prokuroruna ünvanladığı açıq məktuba, həmçinin Şahin Xiyavlının yaşadığı təcrübələrə diqqət çəkilib.
“Mən Ərdəbil Universitetində oxuduğum dönəmdə yaşadığım təcrübəni onlara anlatdım. O günlərdə, bizim universitetdə iki kreditlik türk dili kursu var idi. Mən o kursla bağlı problemləri və hakimiyyətin basqılarını anlatmışam. Bəzən kursun müəllimi həftələrlə sinifə gəlmirdi. Ettelaat tərəfindən basqı var idi. Bunu anlatmışam ki, İran hakimiyyəti bəzən iki kreditlik bir türkcə kursu açsa da, fərqli yollardan onun önünü kəsməyə çalışır,” deyə Norveçdə yaşayan hüquq müdafiəçisi əlavə edir.