Accessibility links

Şahin Xiyavlı: İran hakimiyyəti dil hüquqları fəallarını cəzalandıraraq türk dilini də cəzalandırır


Şahin Xiyavlı
Şahin Xiyavlı

Hüquq müdafiəçisi Şahin Xiyavlı İranın yeni prezidenti İbrahim Rəisi dönəmində türk dili haqları fəallarına qarşı basqıların daha çox olacağını proqnozlaşdırır.

Şahin Xiyavlı: İran hakimiyyəti dil hüquqları fəallarını cəzalandıraraq türk dilini də cəzalandırır
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Xiyavlı Amerikanın Səsinə müsahibədə son vaxtlar bəzi dil hüquqları müdafiəçilərinə qarşı çıxarılan həbs və sürgün cəzalarının icra olunması, həmçinin BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın yeni hesabatı haqqında danışıb.

İran imzaladığı beynəlxalq bəyannamələrə əsasən dil və kültür haqlarını müdafiə edən insanlara şərait yaratmalıdır. Onlara dəstək verməldir. Amma İranda onların cəzası həbs və sürgün olur.

BMT-nin xüsusi məruzəçisi Cavid Rəhman İranda baş verən hüquq pozuntuları ilə bağlı BMT-nin Baş Assambleyasına təqdim etdiyi növbəti hesabatında türk fəalların azlıqların hüquqlarını müdafiə etdikləri üçün İran hakimiyyəti tərəfindən hədəf alındığını önə çəkib.

Şahin Xiyavlı hesabatın oktyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində oxunacağını bildirir.

“Bu hesabatda İranda prezident seçkiləri prosesi, Ukrayna təyyarəsinin düşürülməsi, qadın haqları, özbaşına həbslər, etnik və dini azlıqların problemləri və edam məsələsi də yer almaqdadır. Mən düşünürəm ki, BMT tərəfindən İran üzərində çalışan özəl məruzəçilərin hesabatlarında, ilk dəfə idi ki, türklərə bu qədər geniş yer verilmişdi,” insan haqları fəalı söyləyir.

Düşünürəm ki, İbrahim Rəisinin gəlməsi ilə bərabər türk aktivistlərə basqılar daha da çox olacaq.

Xiyavlı müsahibədə həmçinin hazırda həbs və sürgün cəzalarını çəkməkdə olan türk dil haqları fəalları Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi Samanlı və Həmid Mənafi Nadarlının vəziyyəti haqqında məlumat verib.

“Bu hökmlərin icra olunması bir baxıma dil haqlarını müdafiə edən insanların yanında türk dilini də cəzalandırmaqdır. Yəni, fars dilinin qarşısında türk dilinin ən kiçik dirçəlişinə mane olurlar. Türk dilini müdafiə edənlərə ciddi cəzalar verirlər. Halbuki, İran imzaladığı beynəlxalq bəyannamələrə əsasən dil və kültür haqlarını müdafiə edən insanlara şərait yaratmalıdır. Onlara dəstək verməldir. Amma İranda onların cəzası həbs və sürgün olur,” deyə Şahin Xiyavlı ifadə edir.

Hüquq müdafiəçisi əlavə edir, “mən düşünürəm ki, İbrahim Rəisinin gəlməsi ilə bərabər türk aktivistlərə basqılar daha da çox olacaq.”

XS
SM
MD
LG