Accessibility links

2013-cü ildə dövlət sərhədini pozan 515, axtarışda olan 2303 nəfər tutulub


İranla sərhəd
İranla sərhəd

Sərhəd pozucularının 46 faizi Azərbaycan vətəndaşıdır

2013-cu ildə Azərbaycanın dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə 18 min 158 nəfər saxlanılıb.

Azər TAC dövlət agentliyinin məlumatına görə sərhəd pozucularının 46 faizi Azərbaycan,16,5 faizi Özbəkistan, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,7 faizi Moldova, 3,9 faizi Əfqanıstan, 3,5 faizi Nigeriya, 2,7 faizi Rusiya, 2,3 faizi Türkiyə, 7,3 faizi digər ölkə vətəndaşları olublar.

Hesabat dövründə sərhəd naryadlarına qarşı bir dəfə silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən bir silahlı sərhəd pozucusu zərərsizləşdirilib.

Eyni zmanada Dövlət Sərhəd Xidmətinin əməkdaşları 2013-cü il ərzində axtarışda olan 2303 nəfər tutub.
XS
SM
MD
LG