Accessibility links

Sərhədsiz Reportyorlar: Əvəz Zeynallının həbsi seçkilər ərəfəsində jurnalistlərə xəbərdarlıqdır


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Daha bir xəbərdarlıq 7 mart nümayiş ərəfəsində bir neçə blogerin həbsi, “Azadlıq” qəzetinə qarşı böyük pul cəriməsidir

Mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar hüquq müdafiə təşkilatı “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü kəskin şəkildə pisləyən bəyanat yayıb.

“Zeynallı saxta ittihamlarla mühakimə edilməzdən əvvəl il yarım həbsdə saxlanılıb, iş özü isə siyasi motivlidir və oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində digər jurnalistlərə xəbərdarlıqdır”, deyə bəyanatda qeyd edilib. Azərbaycanın hüquq sistemi müstəqildirsə, apellyasiya mərhələsində iş bağlanmalıdır, deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG