Accessibility links

Sərhədsiz reportyorlar İran prezidentini 54 jurnalist və blogeri həbsdən buraxmağa çağırır


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Təşkilat Mahmud Əhmədinejadın prezidentliyi dövründəki repressiya siyasətinə toxunub, Ruhaniyə ilk addımda beynəlxalq öhdəliklərə sadiq qalmağı tövsiyə edib

Mərkəzi qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist hüquqlarının müdafiəsi təşkilatı İranın yeni prezidentinə çağırış edib.

APA agentliyinin məlumatına görə, beynəlxalq qurum Həsən Ruhanidən ölkə həbsxanalarında saxlanılan 54 jurnalisti və bloggeri azadlığa buraxmağı, azad informasiya yaymaq imkanı yaratmağı, seçkiqabağı verdiyi vədlərə əməl etməyi və əhdinə sadiq qalmağı istəyib:

“Çünki hazırda həbsdə olan bu 54 nəfərin günahı sadəcə informasiya yamaqdır. Jurnalistlərin həbsinə gətirib çıxaran və ifadə azadlığını məhdudlaşdıran qanunlar İran İslami Cəza Qanunlarından çıxarılmalıdır. Bundan əlavə, “milli internet” planına son qoyulmalı və xalqın internetə sərbəst şəkildə qoşulmaq imkanı təmin edilməlidir”.

“Sərhədsiz Reportyorlar” Mahmud Əhmədinejadın 8 illik prezidentliyi dövründəki repressiya siyasətinə də toxunaraq Həsən Ruhaniyə ilk addımda ölkənin problemlərini həll etmək üçün beynəlxalq öhdəliklərə sadiq qalmağı tövsiyə edib: “Siz seçkiqabağı ifadə azadlığı, mətbuat azadlığı, siyasi məhbusların sərbəst buraxılacağı ilə fikirlər səsləndirmisiniz. Bu səbəbdən ölkədə islahat və dəyişiklik tərəfdarı olan insanlar sizi dəstəkləyiblər. Gərək siz də öz vədinizə sadiq qalaraq bunu əməlinizdə sübut edəsiniz
XS
SM
MD
LG