Accessibility links

Sərhədsiz Reportyorlar: Yaqublunun mühakimə edilməsi siyasi repressiya aktıdır


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Mətbuat azadlığını müdafiə təşkilat jurnalistin həbsi ilə bağlı məhkəmə hökmünü pisləyib

Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı “Yeni Müsavat”, “Azadlıq” və “Bizim Yol” qəzetlərinin icmalçısı Tofiq Yaqublunun 5 il müddətinə həbs edilməsi ilə bağlı məhkəmə hökmünü pisləyib.

Təşkilatın bəyanatında qeyd edilir ki, Yaqublu Şəki Məhkəməsi tərəfindən 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşlar təşkil etməkdə və onlarda iştirakda ittiham olunan 17 digər təqsirləndirilən şəxslə birlikdə mühakimə edilib.

“Yaqublunun mühakimə edilməsi siyasi repressiya aktıdır”, deyən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri şöbəsinin rəhbəri Yohan Bir istintaqın davam etdiyi bir il ərzində Yaqublunun təqsirini sübut edən heç bir dəlil aşkar edilmədiyini vurğulayıb.

“Belə saxta ittihamın və məhkəmənin Avropa Şurasına sədrlik etməyə hazırlaşan ölkədə baş verməsi şok effekt yaradır.

Yaqublu barəsindəki hökm ləğv edilməli, ona qarşı bütün ittihamlar aradan qaldırılmalıdır”, deyə o qeyd edib.

Təşkilatın bəyanatında bildiriir ki, Yaqublunun həbsinin əsl səbəbi onun hökumətin ünvanına tənqidi reportajları olub. Xüsusən, məhz Yaqublu Baş Prokurorluğun 2009-cu ildə Neft Akademiyasında kütləvi qətl işi üzrə yalanını üzə çıxarıb.

Azərbaycan hakimiyyəti mətbuat azadlığının səviyyəsinə görə 180 ölkə arasında 160-cı yeri tutan Azərbaycanda jurnalistlərə və blogerlərə təzyiqi gücləndirməkdə davam edir.

Bu fonda ölkənin azsaylı müstəqil KİV-lərinin fəaliyyəti üçün azadlıq azalmaqda davam edir və onlar mövcud olmaq uğrunda mübarizə aparmaq məcburiyyətindədirlər, deyə bəyanatda vurğulanır.
XS
SM
MD
LG