Accessibility links

Praqada Şərq Tərəfdaşlığı sammiti açılır


Avropa İttifaqı
Avropa İttifaqı

Sammitdə prezidentlər iştirak edir. Ukrayna əsas müzakirə mövzusu olacaq

Aprelin 24-də Praqada Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” sammiti açılır. Sammitdə altı ölkənin - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın dövlət başçıları və hökumət nümayəndələri iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək məqsədi ilə artıq Praqadadır.

Sammitdə Çexiya prezidenti Miloş Zeman, Avstriya prezidenti Haynts Fişer, Litvanın dövlət başçısı Dalya Qribauskayte, Polşa prezidenti Bronislav Komorovski, Slovakiyanın rəhbəri İvan Qaşparoviç, həmçinin İsveçin baş nazir müavini Yan Byerkland və Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle iştirak edir.

Çexiya prezidenti Miloş Zeman bildirib ki, Ukrayna hadisələri “dramatik inkişaf edir”, odur ki, Ukrayna mövzusu sammitin mühüm mövzularından biri olacaq. “Çexiya Gürcüstanla Moldovanın Aİ ilə yaxınlaşmasını, Azərbaycan, Belarus və Ermənistanla əməkdaşlığını dəstəkləyəcək”.

“Şərq Tərəfdaşlığı” Avropa İttifaqının yuxarıda sadalanan altı ölkə ilə açıq əməkdaşlıq proqramıdır. Proqram Aİ-yə üzvlüyü nəzərdə tutmur, lakin siyasi və iqtisadi yaxınlaşmanı təklif edir. Proqram dörd tematik platforma üzrə əməkdaşlığı ehtiva edir: demokratiya, iqtisadi inteqrasiya və Aİ siyasiləri ilə yaxınlaşma, enerji təhlükəsizliyi, insanlar arasında münasibətlər.
XS
SM
MD
LG