Accessibility links

Səudiyyə Ərəbistanının Sənada hava hücumları 44 nəfərin ölümülə nəticələnib


Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmən paytaxtında keçirdiyi hava hücumları nəticəsində mülki vətəndaşlar da daxil olmaqla 44 nəfər ölüb. Hadisə siyasi rəqiblər arasında sülh danışıqlarının başlamasından bir həftə əvvəl baş verib.

Bomba hücumları Hutilərin nəzarətində olan Sənada Yəmən hərbi qüvvələrinin baş qərargahını hədəf alıb.

Səudiyyə Ərəbistanı Huti yaraqlılarına qarşı hava hüucmları kampaniyasına qrupun prezident Əbd Rabbu Mənsur Hadini ölkəni tərk edib Ər-Riyada sürgünə getməyə məcbur etməsindən sonra mart ayında başlayıb.

BMT iyuNun 14-də Cenevrədə tərəflərin iştirakı ilə danışıqların başlayacağını elan edib.

Hutilər paytaxt Sənanı sentyabr ayında başladıqları hərbi kampaniyadan sonra ələ keçirib. O vaxtdan bəri siyasi qeyri-sabitlik, habelə hökumət tərəfdarı qüvvələrlə yaraqlıların mütəlif fraksiyaları arasında toqquşmalar, eyni zamanda Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi hava kampaniyasını Yəməndə dərin humanitar böhranın yaranmasına gətirib çıxarıb. Münaqişə nəticəsində minlərlə insan həyatını itirib.

XS
SM
MD
LG