Accessibility links

Nərimanov rayon Məhkəməsi Meydan TV-nin əməkdaşı barədə həbs qərarı çıxarmadığını bildirir


Meydan TV ilə əməkdaşlıq edən reportyor Şirin Abbasovun inzibati qaydada həbsi ilə bağlı Nərimanov rayon Məhkəməsi qərar qəbul etməyib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil fikrini Nərimanov rayon Məhkəməsinin onun sorğusuna cavabı ilə əsaslandırıb.

“Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) icraatında olan inzibati və cinayət işləri üzrə ərazi aidiyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidir. Məhz BMCMİ-dən bildirmişdilər ki, Meydan TV ilə əməkdaşlıq edən reportyor Şirin Abbasov barədə inzibati həbs qərarını Nərimanov Rayon Məhkəməsi verib. Məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinə sorğu göndərdim. Yazılı arayış verdilər ki, Nərimanov Rayon Məhkəməsinin icraatında ümumiyyətlə belə bir iş olmayıb", vəkil qeyd edib.

Şirin Abbasov sentyabr 16-da Bakı Dövlət Universitetinə dərsə gedərkən saxlanıb. Vəkil Sadıqov bir neçə gün öncə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona Abbasov barədə Nərimanov Rayon Məhkəməsinin 30 sutka inzibati həbs qərarının olduğunu bildirdiklərini deyib.

XS
SM
MD
LG