Accessibility links

Bacısının vəfatı səbəbilə məzuniyyətə çıxan Siyamək Mirzayi Tehran həbsxanasına qayıdıb


Siyamək Mirzayi
Siyamək Mirzayi

Tanınmış türk fəal Siyamək Mirzayi qısa müddətlik məzuniyyətinin bitməsindən sonra 1 il 10 günlük həbs cəzasını çəkdiyi Tehranın Evin həbsxanasına qayıdıb.

O, may ayının 19-da bacısı vəfat etdikdən 3 gün sonra 300 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə göndərilmişdi.

Mirzayi keçən ilin dekabr ayından bəri Tehranın Evin həbsxanasında saxlanılır. O, 2020-ci ilin fevral ayında “rejimə qarşı təbliğat” ittihamı ilə mühakimə edildiyi Tehran İnqilab Məhkəməsi tərəfindən 1 il 10 gün müddətinə həbsə məhkum edilib. Məhkəmə Mirzayiyə qarşı əlavə olaraq, 2 il boyunca ölkədən xaricə çıxmasına qadağa, habelə ictimai-siyasi qruplara üzv olmasına məhrumiyyət cəzası çıxarıb.

Siyamək Mirzayi məhkəmədə daha əvvəl “həbsdə ikən etdiyi qanunsuzluqlar” səbəbilə “rejimə qarşı təbliğat”-da suçlanmışdı. Məhkəmə onun 2016-cı ilin iyun ayından 2019-cu ilin iyul ayına qədər Tehranın Evin Həbsxanasında keçirdiyi həbs müddətində apardığı aclıq aksiyasını və prokurora açıq məktub unvanlamasını “qanunsuz fəaliyyət” olaraq dəyərləndirmişdi.

Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

XS
SM
MD
LG