Accessibility links

Sovetski məhəlləsinin sakinləri həbs edilib


Sovetski məhəlləsinin sakinləri etiraz edir
Sovetski məhəlləsinin sakinləri etiraz edir

7 nəfər inzibati qaydada həbs edilib

Bakının “Sovetski” məhəlləsində yerli sakinlərin martın 4-də evlərin sökülməsinə və hər kvadratmetr üçün verilən kompensasiyanın azlığına etiraz olaraq keçirdiyi aksiyada saxlanan 7 nəfər inzibati qaydada həbs edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbərdə deyilir ki, saxlananlardan Əliyev Elxan və Zeynalov Hikmət 30 sutka, Ataşov Rəşad, Mirislam, Fərid, Pənah, Ülvi isə 15 sutka inzibati həbsə məhkum edilib.

Polis orqanlarındakı mənbə Amerikanın Səsinə bir neçə nəfərin saxlandığını təsdiq edib.
XS
SM
MD
LG