Accessibility links

İsrail və Fələstin liderləri BMT-nin Baş Assambleyasında çıxış edib


İsrail-Fələstin və İsrail-İran münasibətləri çıxışların mövzusu olub

Fələstin prezidenti Mahmud Abbas İsraili Yaxın Şərq sülh prosesini durğunluq vəziyyətində saxlamaqda ittiham edib. O, İsraili iki dövlət ideyasını dəstəkləməkdənsə, Fələstin İmutariyyətini dağıtmağa çalışdığını deyib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında danışan cənab Abbas İsraili Şərqi Qüds və İordan çayının qərb sahilində yeni yaşayış məntəqələri tikməsini tənqid etməzdən öncə uzun müddətli alqışlarla qarşılanıb.

İsrail isə bildirib ki, fələstinlilərlə sülh danışıqları üçün heç bir şərt irəli sürülməməlidir. Lakin Mahmud Abbas danışıqların bərpasının hələ də gec olmadığını bildirib.

Fələstin lideri Mahmud Abbasın BMT-dən Fələstin dövlətinin müşahidəçi qismində tanınmasını xahiş edib. 2011-ci ildə Baş Assambleyada çıxış etdiyi vaxt cənab Abbas Fələstin ərazisinin Birləşmiş Millətlər Təşkilatında tamhüquqlu üzüvlüyünü təmin etmək üçün tarixi təklif irəli sürmüş, lakin təklif uğursuzluğa düçar olmuşdu.

Fələstin nümayəndə heyətinin yeni təklif irəli sürməyi noyabr ayında ABŞ-da baş tutacaq prezident seçkilərindən sonrakı dövrə saxlayacağı ehtimal olunur.

BMT-nin Baş Assambleyasında İsrailin baş naziri da çıxış edib.

Benjamin Netanyahu İranın nüvə silahına malik olmasının potensial təhlükə doğuracağı ilə bağlı xəbərdarlıqlarını bir daha təkrar edib.

Netanyahunun çıxışı İsrailin İrana qarşı önləyici hərbi zərbələrlə bağlı fikirlərini irəli sürüldüyü vaxta təsadüf edir. Bundan öncə İsrail lideri hücuma haqq qazandıracaq “qırmızı xətlərin” və müzakirə olunmayacaq məqamların ABŞ prezidenti Barak Obama tərəfindən açıqlanmasını tələb edib. Lakin tələbi rədd edən cənab Obama Tehranın nüvə silahına malik olmaması üçün lazımi bütün tədbirlərin görüləcəyini vurğulayıb.

Netanyahu ölkəsini tərk etməzdən öncə cənab Əhmədinejadın yəhudilərin müqəddəs Yom Kippur bayramı günündə İsrail dövlətinə qarşı təhqiramiz ifadəni pisləyib. O, İranı “hər fürsətdə bizi xəritədən silməyə cəhd edən dictatorial rejim” kimi təsvir edib. Cənab Netanyahu İranın nüvə silahı əldə etmək cəhdlərinin qarşısını almaq üçün çalışacağına dair söz verib.
XS
SM
MD
LG