Accessibility links

İran rəsmiləri Təbriz Bazarında tətil keçirildiyini təkzib edir


İranın bəzi şəhərlərində bazarlarda tətil keçirildiyinə dair xəbərlərin yayılması ardından İran rəsmiləri dünyanın ən böyük örtülü bazarlarından olan Təbrizin böyük bazarı ilə bağlı yayılan xəbərləri təkzib edir.

İslami Təbliğat Təşkilatının nəzarətində fəaliyyət göstərən Mehr agentliyi Təbriz Bazarı ilə əlaqədar inqilab düşmənləri tərəfindən yalan-yanlış xəbərlərin nəşri olunduğunu dərc edib.

Agentliyin yazdığına görə, Şərqi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət İdarəsinin sədri Hüseyn Nicati şəxsən Təbriz Bazarına gedərək ticarətçilər ilə danışıb və onların şikayətlərini dinləyib.

“Şəxsən qızıl bazarına getdim. Bazarın tətilə getməsi yalandır. Dükkan sahibləri işlərinin başındadırlar. Əsnafın problemlərini dəyərləndirdik. Problemləri azaltmaq üçün təcili qərarlar alınacaq,” Hüseyn Nicatinin sözləri Mehr agentliyində dərc edilib.

Agentlik Təbriz bazarının hər zaman İslam Respublikası nizamını dəstəklədiyini qeyd edib.

İranın müxtəlif bölgələri, o cümlədən Təbriz və Qoşaşay şəhərlərində bazarlarda bahalığa etirazlarını nümayiş etdirmək məqsədilə tətil etirazı keçirildiyinə dair görüntülü xəbərlər yayılıb.

XS
SM
MD
LG