Accessibility links

Dünya Suriyadakı kimyəvi silah sahələrinə hava zərbələrinə reaksiya verir


Birləşmiş Ştatlar, Britaniya və Fransa qüvvələrinin Suriyanın hökümət hədəflərinə qarşı həyata keçirdiyi hava zərbələri digər ölkələrinin həm dəstək və kəskin tənqidinə səbəb olub.

Qərbin döyüş təyyarələri və hərbi gəmiləri Suriyanın üç kimyəvi silah sahəsinə zərbələr endirib.

Londonda şənbə günü televiziya ilə yayımlanan mətbuat konfransı zamanı Britaniya baş naziri Tereza Mey deyib ki, koordinasiya edilmiş zərbələrin səbəbi “rejim dəyişikliyi” yox, Əsəd hökümətinin kimyəvi silah istifadə etməsinin qarşısını almaqdır. Baş nazir əlavə edib ki, beynəlxalq icma Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə göz yuma bilməz.

Biz kimyəvi silahların istifadəsinin adiləşməsinə dözüm göstərə bilmərik.
Fransa prezidenti Emmanuel Makron

Parisdə isə Fransa prezidenti Emmanuel Makronun bəyanatında “biz kimyəvi silahların istifadəsinin adiləşməsinə dözüm göstərə bilmərik” deyilir və əlavə edilir ki, “faktlarda və Suriya rejiminin məsuliyyətində şübhə yoxdur.”

ABŞ ordu rəsmilərinin verdiyi məlumata əsasən, Britaniya və Fransanın da cəlb olunduğu və Vaşinqton vaxtı ilə cümə günü axşam saat 9:00-da başlayan bombardman zamanı Suriyanın Dəməşq və Homs şəhərlərində yerləşən sahələrə 100-dən artıq kruiz raket yağdırılıb.

Zərbə qərarı ordu və kəşfiyyat rəsmilərinin keçən şənbə günü Duma şəhərində 40 nəfərin ölümünə və yüzlərlə insanın zəhərlənməsinə səbəb olan kimyəvi hücumun arxasında Əsəd rejiminin dayanması ilə bağlı əldə edilən nəticə əsasında Vaşinqton, London və Paris arasındakı məsləhətləşmədən sonra verilib.

Suriyanın Duma şəhərində kimyəvi hücumdan sonra çəkilən foto.
Suriyanın Duma şəhərində kimyəvi hücumdan sonra çəkilən foto.

Dünya reaksiya verir

Suriyaya qarşı birgə hücuma dünyadan gələn reaksiya əsas etibarilə dəstək mahiyyətli olub.

Yaponiya höküməti Birləşmiş Ştatların, Birləşmiş Krallığın və Fransanın kimyəvi silahların istifadə edilməsinin və yayılmasının qarşısını almaqda qətiyyətini dəstəkləyir.
Yaponiya baş naziri Şinzo Abe

Türkiyənin Xarici İşlər Nazirliyi Dumada kimyəvi hücumun Suriya rejimi tərəfindən keçirildiyini və buna cavab olaraq həyata keçirilən əməliyyatı dəstəklədiyini bəyan edib. Nazirliyin bəyanatında əlavə edilir ki, Suriya daha öncə də insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törədib.

“Yaponiya höküməti Birləşmiş Ştatların, Birləşmiş Krallığın və Fransanın kimyəvi silahların istifadə edilməsinin və yayılmasının qarşısını almaqda qətiyyətini dəstəkləyir” - deyə, baş nazir Şinzo Abe bildirib.

Kanadanın baş naziri Castin Trudo isə bəyanatında deyib ki, onun ölkəsi Əsəd rejiminin öz xalqına qarşı kimyəvi hücum həyata keçirməsi imkanlarının qarşısını almaq məqsədilə həyata keçirilən addımları dəstəkləyir.

Suriya zərbələri qınayır

Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü Suriyaya qarşı “Amerika-Britaniya-Fransa aqressiyasını” sərt şəkildə qınadığını və bu addımıların beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Suriya hökümətinin dəstəkçiləri paytaxt Dəməşqin küçələrində.
Suriya hökümətinin dəstəkçiləri paytaxt Dəməşqin küçələrində.

Yüzlərlə suriyalı paytaxt Dəməşqin müxtəlif yerlərində toplaşaraq, birgə hərbi hücuma qarşı itaətsizliklərini və Bəşə Əsədə sadiqliyini ifadə edib.

Suriyanın müttəfiqi olan Rusiya deyib ki, Suriyaya qarşı birgə hərbi hücum yanlışlıqdır. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, raketlərin əksəriyyəti Suriya hökümətinin hava müdafiəsi sistemi tərəfindən vurulub.

İran höküməti isə öz növbəsində ABŞ, Fransa və Britaniyanın Suriyaya qarşı həyata keçirdikləri hücumdan heç nə əldə etməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG