Accessibility links

Taha Kirmani: İran Azərbaycanından olan filmlər rəğbət qazandı [Audio-Müsahibə]


Taha Kirmani
Taha Kirmani

Taha Kirmaninin sözlərinə görə, İran kinosunun zatən rəğbətlə izlənildiyi Türkiyədə İran Azərbaycanından gələn türkcə filmlər diqqətləri daha da cəlb edir. Jurnalist və Uşak Universitetinin tələbəsi Amerikanın Səsinə müsahibədə güneydə türk dilində çəkilmiş filmlərin bu yaxınlarda Uşak elində nümayişi haqqında danışıb.

Taha Kirmani güney filmləri haqda danışır
please wait

No media source currently available

0:00 0:14:37 0:00

İran Azərbaycanında çəkilmiş 10 qısametrajlı film keçən həftə Uşak elində keçirilən Qanadlı Dənizatı Film Festivalının özəl bölməsində nümayişə qoyuldu.

Türkiyədə ümumiyyətlə İran kinosuna maraq və rəğbət çoxdur.
Taha Kirmani

Taha Kirmaninin verdiyi məlumata görə, festival Uşak Universitetinin bir tələbə cəmiyyəti tərəfindən peşəkar kinorejissorların əməkdaşlığı və şəhər məsullarının dəstəyi ilə keçirilib.

“Bunun beynəlxalq bir festival olmadığı üçün xaricdən gələn filmlərin müsabiqəyə qatılma imkanı yox idi. Ancaq, burada İran kinosuna maraq var və İranda belə bir dalğanın ortaya çıxması, yəni türkcə filmlərin çəkilməsi diqqətləri cəlb edir. Buna görə, bu festivalda da belə bir tələb oldu və güneydə çəkilmiş 10 filmin nümayişi üçün özəl bir bölmə ayrıldı,” deyə Kirmani bildirir.

Onun dediklərinə görə, filmlərin nümayişindən sonra təşkil olunan tədbirdə rejissor və kino yazarı Fərhad Eyvazi İran kinosu və İran Azərbaycanında çəkilən filmlər haqqında iştirakçılara məlumat verib:

İranda türkcə həm də bu keyfiyyətlə çəkilmiş filmləri heyrətlə izləyib, bəyənirdilər.
Taha Kirmani

“Fərhad Eyvazinin danışığı sual-cavab şəklində oldu. O, İran kinosu, İran kinosunda türk rejissorların yeri və orada çəkilən filmlərin beynəlxalq festivallarda uğur qazanması haqqında tələbələrin suallarını cavablandırdı.”

Kirmani güneydən gələn filmlərin həm tələbələr və adi izləyicilərin, həm də peşəkar izləyiclərin təqdirini qazandığını ifadə edir.

“Bu filmlər müsabiqə qismində olmasalar da, olduqca geniş rəğbət gördülər. Həm tələbələr və adi izləyicilər tərəfindən, həm də mən görürdüm ki, kinorejissorlar və jüri üzvləri gəlib filmləri izləyir və çox bəyənirlər. Mətbuat mənsubları ilə də danışırdım, onlar da maraqla izləyirdilər. Xüsusilə, İranda türkcə həm də bu keyfiyyətlə çəkilmiş filmləri heyrətlə izləyib, bəyənirdilər,” o qeyd edir.

Güneyli jurnalist əlavə edir, “ümumiyyətlə burada İran kinosuna rəğbət çoxdur. İran filmləri nümayişə qoyulur və İranlı rejissorlar davamlı şəkildə Türkiyəyə gəlib gedirlər. İran Azərbaycanından gələn filmlərə olan artıq diqqət də, oradakı mədəniyyətlə əlaqəlidir... Mən bu festivala qatılan ekspertlərin fikirlərini eşitdim. Onlar deyir ki, İran kinosunun xüsusiyyətləri bu filmlərdə dərin şəkildə görünür, amma eyni zamanda özünəməxsus bir ifadə, dil yaratmaq yönündə də bir cəhd var.”

XS
SM
MD
LG