Accessibility links

Təbrizdə ərəblərə dəstək aksiyası ilə bağlı daha bir vətəndaş məhkəməyə çağırılıb


Əbülfəzl Kəraməti
Əbülfəzl Kəraməti

Keçən iyul ayının 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılan daha bir vətəndaşın mühakimə prosesi başlayıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Təbriz sakini Əbülfəzl Kəramətiyə Cəza Məhkəməsinin 112-ci şöbəsindən çağırış vərəqəsi göndərilib. Kəramətidən oktyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub.

Əbülfəzl Kəraməti iyul ayının 24-də Təbrizdə nəzarət altına alınıb, 4 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsində yazılanlara görə, o, “uyğunsuz hərəkətlərlə hay-küy və qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq və qanunsuz mitinqə qatılaraq əhalinin biznesinə mane olmaqda” ittiham edilir.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürüldü. Əhvazdakı etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirilib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG