Accessibility links

Azərbaycan Prezidenti İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açılması barədə sərəncam imzalayıb


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin və Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Nazirlər Kabineti İsraildə səfirliyin və Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edəcək.

Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisi açmasına razılıq verib.

Azərbaycan parlamentinin qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti isə Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik kimi qiymətləndirib.

Prezident Əliyev həmçinin Keniyada, Albaniyada Azərbaycan səfirliklərinin və BMT-nin Nayrobi bölməsində Azərbaycanın Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi barədə sərəncamlar imzalayıb.

XS
SM
MD
LG